Онлайн поддержка

salam yeni teleradio şirkəti açmaq üçün nə etmək və hara müraciət etmək lazımdır (regional)?

Sorğunuza cavab olaraq aşağıdakıları bildiririk:

1) “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. Müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilir.

2) Həmin Qanunun 17-ci maddəsinə Xüsusi razılıq (lisenziya) almaq üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

17.0.1. müsabiqə keçirən orqan tərəfindən müəyyən olunmuş formada ərizə; 

17.0.2. iddiaçı hüquqi şəxsdirsə, proqram konsepsiyası, dövlət qeydiyyatından keçməsi barədə sənədin və nizamnaməsinin surətləri;

17.0.3. iddiaçı fiziki şəxsdirsə, proqram konsepsiyası; 

17.0.4. yayımı həyata keçirmək üçün zəruri olan yaradıcılıq və texniki imkanları haqqında müsabiqə keçirən orqan tərəfindən müəyyən olunmuş formada məlumat; 

17.0.5. müsabiqədə iştirak üçün birdəfəlik ödəniş haqqında sənəd;

3) Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli, 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş Milli Televiziya və Radio Şurası haqqında Əsasnamənin 7.3-cü bəndinə əsasən teleradio yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi məqsədilə müsabiqə keçirən orqan Milli Televiziya və Radio Şurasıdır. Həmin Əsasnamənin 8.3-cü bəndinə əsasən Milli Televiziya və Radio Şurası xüsusi razılıq (lisenziya) üçün müsabiqə qaydaları və şərtlərini müəyyən edir və ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edir.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, Milli Televiziya və Radio Şurası tərəfindən yeni kanalın açılması üçün müsabiqə elan olunacağı təqdirdə yuxarıda göstərilən sənədləri təqdim etməklə müsabiqədə iştirak üçün Şuraya müraciət edə bilərsiniz.

Salam. Bizim Radio ıa bağlı suallarımız var: -Radio kanalı açmaq prosesi nə cür olur. (ilkin hansı quruma müraciət olunur v.s.). -Əgər kanalı açma haqqında sənəd varsa, zəhmət olmasa göndərin. -Radio gündəlik neçə dəqiqə/saat reklam verə bilər -İşlətmək üçün sizin qurumun hansı qaydarları çərçivəsində faliyyət göstərməliyik. (sənəd) Öncədən təşəkkürlər Eldar

Sorğunuza cavab olaraq aşağıdakıları bildiririk:

1) “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. Müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilir.

2) Həmin Qanunun 17-ci maddəsinə Xüsusi razılıq (lisenziya) almaq üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 

17.0.1. müsabiqə keçirən orqan tərəfindən müəyyən olunmuş formada ərizə; 

17.0.2. iddiaçı hüquqi şəxsdirsə, proqram konsepsiyası, dövlət qeydiyyatından keçməsi barədə sənədin və nizamnaməsinin surətləri; 

17.0.3. iddiaçı fiziki şəxsdirsə, proqram konsepsiyası;

17.0.4. yayımı həyata keçirmək üçün zəruri olan yaradıcılıq və texniki imkanları haqqında müsabiqə keçirən orqan tərəfindən müəyyən olunmuş formada məlumat; 

17.0.5. müsabiqədə iştirak üçün birdəfəlik ödəniş haqqında sənəd;

3) “Televiziya və radio yayımı haqqında” Qanunun 35.7-ci maddəsinə əsasən reklamın ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz.

4) Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli, 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş Milli Televiziya və Radio Şurası haqqında Əsasnamənin 7.3-cü bəndinə əsasən teleradio yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi məqsədilə müsabiqə keçirən orqan Milli Televiziya və Radio Şurasıdır. Həmin Əsasnamənin 8.3-cü bəndinə əsasən Milli Televiziya və Radio Şurası xüsusi razılıq (lisenziya) üçün müsabiqə qaydaları və şərtlərini müəyyən edir və ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edir.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, Milli Televiziya və Radio Şurası tərəfindən yeni radio kanalının açılması üçün müsabiqə elan olunacağı təqdirdə yuxarıda göstərilən sənədləri təqdim etməklə müsabiqədə iştirak üçün Şuraya müraciət edə bilərsiniz.

Salam. Mənə Lider TV-də 23.01.2013-cu ildə efirə gedən "Zəif bənd" verlişinin video yazısı lazımdır. Dəfələrlə Lider TV-yə müraciət etsəm də cavab almamışam. Bu məsələdə necə köməklik edə bilərsiz?

Salam!

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən, teleradio proqramlarının materialları efirə çıxandan azı bir ay müddətində saxlanılır. Qeyd etdiyiniz proqramın efirə çıxmasından 7 ildən çox müddət keçdiyindən, Şuranın yayımçıdan o materialı tələb etmək səlahiyyəti yoxdur.

Efirlərdə Azərbaycan dilinin pozulması qaydalarına rast gəldikdə hara şikayət edə bilərik?

Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzi yaradılmışdır.

Mərkəz fəaliyyətə başlayan kimi onlara müraciət edə bilərsiniz.

SALAM KARANTİN DÖVRÜDÜ NİYE KANALLARI BAĞLADIZ? . 8 Azerbaycan kanalından başqa kanallar açılmışdı bağlandı yenə krosnu antenada yoxdu bozde

Salam! Bölgələrdə xarici kanalların açıq yayımlanması məsələsi ilə bağlı "Teleradio" İB-nə müraciət edə bilərsiniz. Bakı şəhəri və Abşeron yarımadası ərazisində isə kabel və ya İPTV yayım operatorlarının şəbəkələrinə qoşulmaqla bu kanallara baxa bilərsiniz...

Hər hansı bir kanalda nümayiş etdirilən filmdə tütün məmulatlarindan istifadə edilməsi qeydə alınsa həmin kanalın cəzası?

Salam. Xəbərdaredici yazılı məlumat verilmədən tütün məmulatlarından istifadənin açıq yayımlanmasına görə Milli Televiziya və Radio Şurasının qərarına əsasən həmin kanalın yayımı müəyyən müddətə dayandırıla bilər və ya həmin yayımçıya qarşı maliyyə sanksiyası (cərimə) tətbiq oluna bilər.

salam.MILLI TELEVZA VE RADYA SURASINDA KONLL KIMI FEALIYYET GOSTERMEK OLARMI?

Salam. Milli Televiziya və Radio Şurasının Aparatında vəzifə tutmaq üçün Dövlət İmtahan Mərkəzinə müraciət etməyiniz lazımdır.

Könüllü olaraq bizim qurumda işə cəlb olunmaq mümkün deyildir.

 

Salam musabiqe elan olunmasa her hansi tezlik almaq mumkun deyilmi yalniz musabiqe elan olunarsa onda almaliyiq ?

Salam. Mövcud qanunvericiliyə əsasən tezlikdən istifadə olunmaqla yayım fəaliyyəti göstərmək üçün Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqələrdə iştirak etmək lazımdır. Müsabiqə elan olunduqda bu haqda məlumat Şuranın rəsmi internet saytında və rəsmi mətbu orqanlarında dərc olunur.

Salam. Teleqüllədən kanalları axtarıram cəmi 3 dənə kanallar gəlir.

Salam. Bununla əlaqədar iş günləri (012) 598-33-29 nömrəsi ilə əlaqə saxlayıb bizim texniki şöbədən müəyyən izahatlar ala bilərsiniz.

Salam hər vaxtınız xeyir.Bilmək istərdimki,telekanal almaq şərtləri necədir?

Salam. Mövcud qanunvericiliyə əsasən televiziya kanalının açılması üçün müsabiqə elan olunanda həmin müsabiqədə iştirak edə bilərsiniz. Müsabiqə elan olunduqda, bu haqda məlumat Şuranın rəsmi internet səhifəsində və digər mətbu orqanlarda dərc olunur.

Топ ^