Canlı Dəstək

Salam vakansiya uzre hara muraciet edek?

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər. Həmin Qanunun  28.2-ci maddəsinə əsasən  inzibati vəzifələrin beşinci-yeddincitəsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müsabiqə elan edir.  Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət qulluğuna qəbulla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət etməlisiniz. 

Salam cenab ! Biz Azerbaycanda Zefer tv -adli Televizya sirketi yarataq isteyirik Hara muraciyyet etmeliyik maddi deteyimiz yoxdur Lerikde fealyyet gostern hec bir tele kanal movcud deyil Xais edirem sualii cavablayin Biz genlere destek olun

Bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsaən yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən  müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilir.

Milli Televiziya və Radio Şurası tərəfindən zəruri hesab olunan ərazidə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) alınmasına dair müsabiqə elan edildiyi təqdirdə müsabiqədə iştirak üçün tələb olunan sənədləri təqdim edərək  müsabiqədə iştirak edə bilərsiniz. 

Yuxarı ^