Canlı Dəstək

Salam. Azerbaycanda Internet uzerinden TV kanal acilmasi ucun haradan qeydiyyatdan kecmek lazimdir? ve ya bunun ucun neler teleb olunur?

Bildiririk ki, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanunun 1.0.4-cü maddəsinə əsasən  teleradio yayımı - elektromaqnit dalğaları ilə açıq və ya kodlaşdırılmış formada, peyk, kabel və ya digər yerüstü texniki qurğular vasitəsi ilə kütləvi yayımlanan və istənilən sayda teleradio qəbuledicilər tərəfindən qəbul edilən səsli və ya görüntülü teleradio proqramlarının müəyyən məsafəyə ilkin ötürülməsi. Bu anlayışa həmçinin yayımın kodlaşdırılmış qurğulardan (kartlardan) istifadə etməklə hüquqi və fiziki şəxslər tərəfindən peyk vasitəsilə həyata keçirilməsinin təmin edilməsi və digər yayımçılar tərəfindən retranslyasiya edilən proqramlar da daxildir. «Teleradio yayımı» anlayışı telekommunikasiya sistemi ilə ötürülən və fərdi çağırışla qəbul edilən informasiyaları, yaxud digər materialları (faksla əlaqələr, elektron məlumat bankları və bu tipli digər xidmətlər) ehtiva etmir.

Artıq Azərbaycanda ailələrin bir çoxunda uşaqlar anadolu türkcəsində danışır. Yeganə səbəb isə türk cizgi film kanallarıdır. Azərbaycanda uşaqlar üçün ixtisaslaşmış kanalın açılışı gözlənilirm? Gözlənilirsə, ən tez nə zaman mümkün olacaq?

Bildirirk ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.16-cı bəndinə əsasən uşaq televiziyasının yaradılması imkanlarının araşdırıması Milli Televiziya və Radio Şurasına tapşırılmışdır. Müraciətinizdə qaldırılan məsələnin aktuallığını vurğulamaqla qeyd etmək istərdik ki, uşaq televiziyasının yaradılması imkanlarının araşdırılması məsələsi artıq xeyli müddətdir ki, Milli Televiziya və Radio Şurasının da diqqət mərkəzindədir.  Şuranın 11 dekabr 2013-cü il tarixli iclasında təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respubliaksı ərazisində fəaliyyət göstərən bütün telekanallara  uşaqların tərbiyəsinə, təhsilinə və maarifləndirilməsinə yönəlmiş televiziya proqramlarının hazırlanması və mövcud uşaq proqramlarının (verilişlərinin)  səviyyəsinin yüksəldilməsinin tövsiyə edilməsi barədə qərar qəbul edilmişdir. Bildiririk ki, qeyd olunan sahədə həqiqətən də çox ciddi boşluqların olduğunu nəzərə alaraq uşaqlar üçün milli motivlər əsasında cizgi filmlərinin çəkilişi məqsədilə Şura tərəfindən müvafiq təkliflər paketi ilə ölkə rəhbərliyinə müraciət olunmuşdur.  Hazırda Milli Televiziya və Radio Şurası tərəfindən mövcud telekanallarda uşaq verilişlərinin kəmiyyət və keyfiyyətinin artırılması istiqamətində işlər aparılır.

 

Salam. U mena jaloba na televizionniy kanal.u vas est Gaynar xett?

Telekanllarda baş vermiş qanun pozuntuları barədə Milli Televiziya və Radio Şurasının Qaynar xəttinə (012-498-18-82) məlumat verə bilərsiniz. Eyni zamanda şikayətinizi Milli Televiziya və Radio Şurasının elektron poçt ünvanına, Milli Televiziya və Radio Şurasının internet ünvanında canlı dəstək bölməsinə, yaxud Milli Televiziya və Radio Şurasının inzibati binasına (Nizami 145) yazılı olaraq poçtla və yaxud şəxsən təqdim edə bilərsiniz.

Salamlar, İlk önce meni maraqlandıran ve sual vermek isterdim sizlere. Sadece Bakı şeheri üzre Radio fealiyyet göstersek. Ne kimi lazimi işler lazımdır. Ve Radio üçün freakans qiymetleri aylıq mıdır? yoxsa illik midir? Ve bebleği neqeder dir? Bununla bağlı melumat versez Sevinerik. Teşekkürler

Bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilir. 

Milli Televiziya və Radio Şurası tərəfindən zəruri hesab olunan ərazidə teleradio yayımı üçün xüsusi razılıq (lisenziya) alınmasına dair müsabiqə elan edildikdə müsabiqədə iştirak etmək üçün zəruri olan sənədləri  Milli Televiziya və Radio Şurasına təqdim edə bilərsiniz.

salam zaqatalanin aygun tv kanali niye yayimi dayandirilib bolgelerin kanallari var birce zaqatalanin aygun tv sinin yayimi dayandirilib Nusiravan muellimden xahis edirik kanal yeniden fealiyete baslamasina komeklik etsin

14 fevral 2014-cü il tarixdə Milli Televiziya və Radio Şurasının  iclası keçirilmiş, İclasda “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılmışdır. İclasda “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti  uzadılmaması və ona regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilməsi, televiziya yayımçısı kimi yayımının 14 fevral 2014-cü il tarixdə saat 18:00-dan etibarən dayandırılması barədə qərar qəbul edilmişdir. Bildiririk ki, “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının  11 dekabr 2013-cü il tarixdə regional (Zaqatala) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti bitmişdir. “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə sənədləri Şuraya təqdim etməmiş, Şura iclasına 1 gün qalmış xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün zəruri olan sənədləri natamam şəkildə təqdim etmişdir. 11 dekabr 2013-cü il tarixdə Şura tərəfindən “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının xüsusi razılıq (lisenziya) müddətinin uzadılması məsələsinə baxılmışdır.  Xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün müraciət edilməməsinə və zəruri olan sənədlərin vaxtında  və tam təqdim olunmamasına görə Şuranın  qərarına əsasən televiziyanın fəaliyyətinin araşdırılması məqsədilə “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılması təxirə salınmışdır. Aygün televiziyasının fəaliyyətinin araşdırılması məqsədilə Şura tərəfindən Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsi, Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi, və Maliyyə və texniki nəzarət şöbəsi əməkdaşlarından ibarət tərkibdə yaradılmış komissiya  24-26 dekabr 2013-cü il tarixində Zaqatalada olmuş və televiziyanın fəaliyyəti ilə yerində tanış olmuş və araşdırma aparmışlar. Aparılmış araşdırmalar zamanı televizyanın fəaliyyətində çoxsaylı çatışmazlıqlar və qanun pozuntuları aşkar edilmişdir. Belə ki, Televiziya və radio yayımı haqqında qanunun müvafiq maddəsinin tələblərinə əsasən teleradio proqramlarının (verilişlərinin) materialları (qoşma sənədlər, əlyazmalar, məktublar, lent yazıları və s.) efirə çıxandan sonra azı bir ay, efirə çıxmış proqramların (verilişlərin) tarixi, vaxtı, mövzusu, müəllifi, aparıcısı və iştirakçılarının göstərilməli olduğu qeydiyyat jurnalı isə sonuncu qeyddən sonra azı bir il müddətində saxlanılmalı olduğu halda, “AYGÜN” televiziyasında teleradio proqramlarının materialları saxlanılmamış, qeydiyyat jurnalı isə ümumiyyətlə mövcud olmamışdır. Yayımçı efirdə emblemsiz olaraq yayımlanmışdır. Televiziyanın sənədləşdirmə işlərinin aparılmasında çoxsaylı qüsurlar mövcud olmuşdur. Televiziyanın yayım avadanlıqları teleradio yayımçıları üçün tətbiq olunan texniki istismar qaydalarına və Azərbaycan Respublikasının və beynəlxalq texniki standartlara uyğun gəlməmişdir. Belə ki, ötürücü qurğunun yerləşdiyi yer texniki norma və tələblərə cavab verməmiş və texniki personal və ətrafda yaşayan sakinlərin həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmışdır. 27 dekabr 2013-cü il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclasında “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının fəaliyyətinin araşdırılması məqsədilə yaradılmış komissiyanın arayışı nəzərə alınmışdır. 

Salam mən bir veriliş barədə öz şikayətimi bildirmək istəyirəm.Bunu necə edə bilərəm?

Bildirik ki, şikayət ərizəsini elektron və yaxud kağız daşıyıcılarda Milli Televiziya və Radio Şurasına təqdim edə, həmçinin şikayətinizi Milli Televiziya və Radio Şurasının qaynar xəttinə (012-498-18-82) bildirə  bilərsiniz. 

Salam Hormetli bey/xanim, Gence sheher ve etraf rayonlarda reqemsal yayim hansi tezlikde yayimlanir?

Bildiririk ki, DVB-T rəqəmli televiziya yayımı hazırda Gəncədə 57-ci tezlikdə (gücü 1,2 kVt), Daşkəsəndə 58-ci tezlikdə (gücü 0,6 kVt), Poyluda 50-ci tezlikdə (gücü 1,2 kVt), Ağsuda 40-cı tezlikdə (gücü 2,4 kVt) yayımlanır.

Salam.Kabel televiziyası mənim iştirakım olmadan kənar müdaxilə aktı tertib edib və Cəriməni ödəməyimi tələb edir yoxsa məhkəməyə müraciət edeceyini bildirir.Bildirmək istəyiram ki,onlarin avadanlığı açıq şəkildədir və hec cur qorunmur(yəni kim istəsə müdaxilə edə bilər)Nə dərəcədə doğru olduğunu bilmək isterdim yəni onların belə bir hüqüqları varmi?

Bildiririk ki, mövcud qanunverciliyin tələbinə uyğun olaraq kabel şəbəkəsi yayımçıları ilə abonentlər arasında yaranan mübahisələrə məhkəmələr tərəfindən baxılır.

Mən RVMEDİA TELEVİZİYA REKLAM VƏ FİLM XİDMƏTİ SƏNAYE VƏ TİCARƏT A.Ş.\'nin ikinci dərəcəli rəhbəriyəm. Sual: Bizim internet üzərindən yayımlanan radio və TV-miz mövcuddur və peykdə yayımlanan radio və TV-lərdən heç bir fərqi yoxdur fərqi yoxdur biz sizə html kod göndərib lazımı ödənişi etsək bu kanal və radionu peykə çıxara bilərsinizmi?

Bildiririk ki, "Televiziya və radio yayımı haqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən teleradio yayımı - elektromaqnit dalğaları ilə açıq və ya kodlaşdırılmış formada, peyk, kabel və ya digər yerüstü texniki qurğular vasitəsi  ilə kütləvi yayımlanan və istənilən sayda teleradio qəbuledicilər tərəfindən qəbul edilən səsli və ya görüntülü teleradio proqramlarının müəyyən məsafəyə ilkin ötürülməsidir. Bu anlayışa həmçinin yayımın kodlaşdırılmış qurğulardan (kartlardan) istifadə etməklə hüquqi və fiziki şəxslər tərəfindən peyk vasitəsilə həyata keçirilməsinin təmin edilməsi və digər yayımçılar tərəfindən retranslyasiya edilən proqramlar da daxildir. 

 "Televiziya və radio yayımı haqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.  "Televiziya və radio yayımı haqında" Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən isə yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. Müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilir.

men hal hazirda qezetlerde islemisem ve hazird isleyirem esrin ziyalisi qezetinde bolge muxbiri amma ismayilli rayonunda buna hec bir ehemiyyet vermirler ne edim. ozum qizil qelem lauriyyatiyam

Bildiririk ki, müraciətinizdə qeyd edilən məsələnin həlli Milli Televiziya və Radio Şurasının səlahiyyətləri xaricindədir.

Yuxarı ^