Canlı Dəstək

ANS -in ipini bir azda çəksəydiniz çox yaxşı olardı.Axı nə vaxta qədər bu kanal azərbaycan dilində ədəbi formada danışmağı bacarmayan müxbirlərin reportajları ilə bizim milli heysiyatımıza toxunacaqlar ?!Bu özbaşnalığa bir dəfəlik son qoyulmalıdır !

Milli Televiziya və Radio Şurası tərəfindən gələcəkdə də "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozan, cəmiyyətin mənafeyinə uyğun olmayan proqramları yayımlayan yayımçılar barədə ciddi tədbirlər görüləcəkdir.

Sizə son qərarlarınızla bağlı özüm ailəm və həmfikirlərim adından dərin minnətdarlığımı bildirirəm. Axır ki, dövlət qrumu öz qətiyyətini göstərdi. İnanıram ki bu yoldan dönməyəcəksiniz. Düşük əxlaqa milli mənəviyata zidd verilişlərlə millətimizin mənəviyyatına mənfi təsir edən insanlarla mübarizənizədə Silərə mətin olmağı arzu edirəm.

Milli Televiziya və Radio Şurası tərəfindən gələcəkdə də "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozan, cəmiyyətin mənafeyinə uyğun olmayan proqramları yayımlayan yayımçılar barədə ciddi tədbirlər görüləcəkdir.

Salam. Mən MTRŞ-na təşəkkür edirəm.Azərbaycan efirlərindən bayağı verilişlər yığışdırıldığına görə.

Milli Televiziya və Radio Şurası tərəfindən gələcəkdə də "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozan, cəmiyyətin mənafeyinə uyğun olmayan proqramları yayımlayan yayımçılar barədə ciddi tədbirlər görüləcəkdir.

Salam. ANS telekanalinda Xosqedem xanimin verilisini bagladiginiz ucun cox cox tesekkur edirem.

Milli Televiziya və Radio Şurası tərəfindən gələcəkdə də "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozan, cəmiyyətin mənafeyinə uyğun olmayan proqramları yayımlayan yayımçılar barədə ciddi tədbirlər görüləcəkdir.

Salam. Sualim yoxdur, Size tesekkur edirem ki, Xosqedem, ne bilim zaur, kim-kim eceb edib, bu kimi seviyyesiz verlisleri bagladiniz. Novbede mikayil sou da olsa ela olar.

Milli Televiziya və Radio Şurası tərəfindən gələcəkdə də "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozan, cəmiyyətin mənafeyinə uyğun olmayan proqramları yayımlayan yayımçılar barədə ciddi tədbirlər görüləcəkdir.

Salam. Sualım bundan ibarətdir ki, Azərbaycan Respublikasında Radio açmaq üçün Hansı sənədlər, Dövlət rüsumu və sairə kimi nələr lazımdır.

«Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsaən yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilir.

Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.3-cü bəndinə uyğun olaraq Şura tərəfindən radio yayımı üçün müsabiqə elan edildiyi təqdirdə qanunverciliklə müəyyən edilmiş qaydada müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (sənədlərin siyhısı müsabiqə elanında qeyd edilir) Milli Televiziya və Radio Şurasına təqdim edə bilərsiniz.

Müsabiqədə iştirak üçün birdəfəlik ödəniş 200 (iki yüz) manat təşkil edir. Birdəfəlik ödəniş geri qaytarılmır.

Müsabiqədə qalib gəlmiş iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilir. Dövlət  rüsumunun məbləğləri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://ntrc.gov.az/az/content/news/175.html

Salam, Biz gənclər olaraq Beyləqan rayonunda, Aran zonası üçün yeni tv açmaq istəyirik. Və istəyirikki, bu movzuda bizə köməklik göstərəsiniz. Zəhmət olmasa bizə standart cavab verməyin. Xüsusi lisenziyanı almaq üçün müsabiqə nə zaman elan olunacaq? Müsabiqədə iştirak üçün hansı sənədləri hara təqdim etmək lazımdır? Və istər müsabiqədə iştirak üçün, istərsədə lisenziyanı almaq üçün dövlət rüsumu neçə manatdır? Və bu musabiqədə əsas nəyə önəm verilir?

«Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsaən yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilir.

Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.3-cü bəndinə uyğun olaraq Şura tərəfindən müsabiqə elan edildiyi təqdirdə qanunverciliklə müəyyən edilmiş qaydada müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri Milli Televiziya və Radio Şurasına təqdim edə bilərsiniz.

Müsabiqə elan edildikdən sonra sənəd qəbulu müddətində sənədlər Milli Televiziya və Radio Şurasına təqdim edilir.

Müsabiqədə iştirak üçün birdəfəlik ödəniş 200 (iki yüz) manat təşkil edir. Birdəfəlik ödəniş geri qaytarılmır.

Müsabiqədə qalib gəlmiş iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilir. Dövlət  rüsumunun məbləğləri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://ntrc.gov.az/az/content/news/175.html

«Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 15.5-ci maddəsinə əsasən xüsusi razılıq (lisenziya) üçün müsabiqə keçirilərkən aşağıdakılar nəzərə alınır:

- iddiaçının göstəricilərinin müsabiqə şərtlərinə uyğunluğu;

- teleradio yayımını həyata keçirmək üçün iddiaçının yaradıcılıq və texniki imkanları;

- açıq dinləmələrin və digər müsabiqə prosedurlarının nəticələri.

 

 

Milli mənəviyyatımızı və ana dilimizi korlayan ANS kimi televiziya və yayım kanallarına qarşı hansı tədbirləri görə bilirsiniz? Dilimizin təmizliyini qorumaq üçün reklam, televiziya, qəzet və digər yayım oqanları "Senzura" kimi bir nəzarət qurumundan keçirlərmi?

Bildiririk ki, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən teleradio yayımçılarının yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirlir və teleradio yayımı sahəsində senzura yolverilməzdir. Eyni zamanda bildiririk ki, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanunun 32-ci maddəsində nəzərdə tutulmuş tələblərə əməl etməyən yayımçılar barəsində Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş sanksiyalar tətbiq edilə bilər. Teleradio yayımçıları tərəfindən yol verilmiş konkret pozuntu faktı ilə bağlı Milli Televiziya və Radio Şurasına ərizə ilə, yaxud elektron poçt ünvanına (office@ntrc.gov.az) müraciət edə bilərsiniz. 

Salam. Peyk vasitəsi ilə yayımlanan televiziya kanalı yaratmaq üçün hansı sənədlər və hansı lisenziya tələb olunur?Ümumiyyətlə Azercosmos peyki ilə yayımlanan TV kanalı açmaq üçün nə etmək lazımdır? Diqqətinizə görə minnətdaram

«Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsaən yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilir.

Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.3-cü bəndinə uyğun olaraq Şura tərəfindən müsabiqə elan edildiyi təqdirdə qanunverciliklə müəyyən edilmiş qaydada müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri Milli Televiziya və Radio Şurasına təqdim edə bilərsiniz.

Salamlar, Teleradio yayımı üçün xüsusi razılıq (lisenziya) alınmasına dair müsabiqe tarixi ne zaman elan edilmesi gözlenilir? Texminen hansı ayda gözlenilir? Çox isterdim deqiq deyilse texmini öğrenmek isterdim. Teşekkürler

Bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsaən yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilir.

Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.3-cü bəndinə uyğun olaraq Şura tərəfindən zəruri hesab olunan ərazi üzrə yayım tezliyinə müsabiqə elan edildiyi təqdirdə qanunverciliklə müəyyən edilmiş qaydada müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri Milli Televiziya və Radio Şurasına təqdim edə bilərsiniz.

Yuxarı ^