Canlı Dəstək

ictimai tv-de cizgi filmi gedirdi usaqlar ucun bu ayin evvelinde.texmini beledir.bir tutuqushu kendde evde yaramazliq edir.traktoru surur her seyi dagidir.axirda ozunun yaramaz oldugunu anlayir ve ozunu asir. bu cizgi filmin menasi ne? neyi teblig edir?

Müraciətinizdə qeyd edilən cizgi filminin yayım vaxtı və adı barədə ətraflı məlumat verməyiniz tövsiyə olunur

Manim ayla vaziyatim pisdir evda islayan taki manam yoldasim xasta islamir oglumda issizdir onunda aylasi var va iki usaqi ayla vaziyati pisdir

Bildiririk ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun  28.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər. Həmin Qanunun  28.2-ci maddəsinə əsasən  inzibati vəzifələrin  təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müsabiqə elan edir.  Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət qulluğuna qəbulla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət etməlisiniz.

Həmçinin bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında teleradio yayımında yayımçıların yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirilir. Bu səbəbdən də Milli Televiziya və Radio Şurasının hər hansı bir şəxsin teleradio yayımçıları tərəfindən işə götürülməsinə göstəriş verməyə, yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə müdaxilə etməyə səlahiyyəti çatmır. 

Mende islemek isdeyirem tele kanalda niye desdek olan yoxdu?

Bildiririk ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun   28.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər. Həmin Qanunun  28.2-ci maddəsinə əsasən  inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müsabiqə elan edir.  Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət qulluğuna qəbulla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət etməlisiniz.

Həmçinin bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında teleradio yayımında yayımçıların yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirilir. Bu səbəbdən də Milli Televiziya və Radio Şurasının hər hansı bir şəxsin teleradio yayımçıları tərəfindən işə götürülməsinə göstəriş verməyə, yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə müdaxilə etməyə səlahiyyəti çatmır. 

Salam.Mən internet tv yaratmaq istəyirəm.İnternet tvdə verlişlər müsahibələr və aktual mövzulara toxunulacaq. İnternet tv-nin yaradilmasını özüm edəcəm.(Web masterəm) Bilmək istərdim ki, Rəqəmsal tv yaradmaq üçün olan qaydalar iternet tv üçündə aiddirmi? Ümumiyyətcə internet tv yaratmaq üçün hər hansısa bir dövlət orqanından icazə almaq lazımdırmı? Xahiş edirəm konkret olaraq cavab yazın.İcazə alınmalıdır yoxa yox.İcazə alınmalıdırsa bizə yol göstərməyiniz xahiş olunur.

Bildiririk ki, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən  teleradio yayımı - elektromaqnit dalğaları ilə açıq və ya kodlaşdırılmış formada, peyk, kabel və ya digər yerüstü texniki qurğular vasitəsi ilə kütləvi yayımlanan və istənilən sayda teleradio qəbuledicilər tərəfindən qəbul edilən səsli və ya görüntülü teleradio proqramlarının müəyyən məsafəyə ilkin ötürülməsidir. Bu anlayışa həmçinin yayımın kodlaşdırılmış qurğulardan (kartlardan) istifadə etməklə hüquqi və fiziki şəxslər tərəfindən peyk vasitəsilə həyata keçirilməsinin təmin edilməsi və digər yayımçılar tərəfindən retranslyasiya edilən proqramlar da daxildir. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.3-cü maddəsinə əsasən teleradio yayımı üçün verilmiş xüsusi razılıq (lisenziya) sənədində yayım üsulu (kabelli, peyk vasitəsi  ilə, internet, efir, efir-kabel və s.) barədə məlumatlar göstərilir.

Salam. Televiziya və radioda reklamın yayımlanmasına icazə verilməsi qaydası hansi normativ aktla tənzimlənir? İcazə almaq üçün tələb olunan sənədlər, icazənin verilməsi qaydası, icazəni kim təqdim edir və s. barədə məlumat.

Televiziya və radioda reklamın yayımı "Reklam haqqında" Azərbaycan Respublikası Qanunu, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanunu və digər normativ aktların tələbinə uyğun olaraq həyata keçirilir. 

katv1 dən şikayət etmək istəyirəm. Hara və hansı qaydada müraciət edim???

Müqavilə tələbləri üzrə mülki qaydada məhkəməyə, yayımla əlaqədar digər hallarla bağlı isə Milli Televiziya və Radio Şurasına rəsmi qaydada müraciət edə bilərsiniz. 

salam men Mushfiq Eliyev 5 il regon televiziyasi Mingecevir Televiziyasinda cameraman vezifesinde fealiyyet gostermisem.emek haqqi az olduguna gore cox az cixmisam. mene komek ede bilersiz? is baresinde

Bildiririk ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun    28.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər. Həmin Qanunun  28.2-ci maddəsinə əsasən  inzibati vəzifələrin  təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müsabiqə elan edir.  Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət qulluğuna qəbulla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət etməlisiniz.

Həmçinin bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında teleradio yayımında yayımçıların yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirilir. Bu səbəbdən də Milli Televiziya və Radio Şurasının hər hansı bir şəxsin teleradio yayımçıları tərəfindən işə götürülməsinə göstəriş verməyə, yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə müdaxilə etməyə səlahiyyəti çatmır. 

ANS TELEKANALI BARƏDƏ MEN ANLAMIRAM AVQUST AYINDA ŞƏKİ ŞƏHRİN DƏ MOTOFESTİVAL ADI İLƏ KEÇİRILƏN RÜSVAYÇILIQ NƏ İDİ??? YARIÇILPAQ QADINLARI DEMƏK ALT PALTARINDA ÇIXARTMIŞDILAR SƏHNƏYƏ VƏ POZQUN ƏXLAQDAN KENAR RƏQSLƏR NÜMAİŞ EDİRDİLƏR!!! BƏS MTRŞ BUNU NİƏ DEMİR??? ÇOX KEÇMƏDİ Kİ ORADA ZƏLZƏLƏLƏR VƏ DAŞQİNLAR OLDU! HƏFTƏDƏN SONRA ALLAH HƏBƏRDARLIQINI ETDİ! MƏN VƏ BİR ÇOXLARI TƏLƏB EDİRİK NUŞİRƏVAN MÜƏLLİM BUNU ONKLARİN SİFƏTİNƏ VURSUN! BU ÇOX GÜCLÜ ARQUMENTDİR!

Milli Televiziya və Radio Şurası tərəfindən gələcəkdə də "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozan, cəmiyyətin mənafeyinə uyğun olmayan proqramları yayımlayan yayımçılar barədə ciddi tədbirlər görüləcəkdir.

meneviyyatsiz verilislerin dayandirilmasi barede qerariniza gore sizlere tesekkurlerimi bildirirem. Xususi ile ans coxdan yolunu azib ,mirsahin ve motesklet suren oglan dogrudan da oz simalarini ekrana getiribler.meneviyyatin ne oldugunu haran bilsinler. Onlar ucun saat satmaq lazimdir. Xalq onlari coxdan taniyib.

Milli Televiziya və Radio Şurası tərəfindən gələcəkdə də "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozan, cəmiyyətin mənafeyinə uyğun olmayan proqramları yayımlayan yayımçılar barədə ciddi tədbirlər görüləcəkdir.

suranin bu cur seviyyesiz ve bayagi verlisleri baglamasini destekleyirik ve bu cur qerarlarin davamli olmasini isteyirik.axirki bu ciliz aparicilari efirden sildiz. cox sagolun.

Yuxarı ^