Canlı Dəstək

Radio və televiziya bölməsinə böyük marağım var. Kreativ insanam. Gördüyüm işlərdə həmin sahə üzrə təcrübəli şəxslərlə məsləhətləşirəm lakin yekun qərarı özüm verirəm. Özümə inamım tamdır. İnanıram ki, üzərimə götürdüyüm işi məsuliyyətlə və layiqincə yerinə yetirəcəm.

Bildiririk ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun  28.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər. Həmin Qanunun  28.2-ci maddəsinə əsasən  inzibati vəzifələrin  təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müsabiqə elan edir.  Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət qulluğuna qəbulla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət etməlisiniz.

Həmçinin bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında teleradio yayımında yayımçıların yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirilir. Bu səbəbdən də Milli Televiziya və Radio Şurasının hər hansı bir şəxsin teleradio yayımçıları tərəfindən işə götürülməsinə göstəriş verməyə, yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə müdaxilə etməyə səlahiyyəti çatmır. 

tele radio yayimi haqqinda qanuna esasen xarici vetendaslara lisenziya verilmir bes xezer tv xezer radio ve burc fm me niye lisenziya verilib axi bunlar saman yolu yayinciliga mexsusdu izah edersiz xais edirem

Bildiririk ki, Televiziya və radio yayımı haqqında Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən özəl yayımçı Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları və (və ya) nizamnamə kapitalı Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan hüquqi şəxslər tərəfindən təsis edilə bilər. Xəzər Televiziyası, Xəzər radiosu və eyni zamanda Burc FM radiosu Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən təsis edilmişdir. Teleradio yayımçısınin işçisinin vətəndaşlığı ilə bağlı isə qanunvericilikdə hər hansı məhdudiyyət mövcud deyildir.

 

radio yayini ucun musabiqesiz lisenziya verilmir

Bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsaən yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir.

Bakida tv yayım acmaq isteyirem HD formasında bunun üçün mene neler lazımdır ve qiymeti neceyedir

Bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsaən yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən  müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilir.

Milli Televiziya və Radio Şurası tərəfindən zəruri hesab olunan ərazidə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) alınmasına dair müsabiqə elan edildiyi təqdirdə müsabiqədə iştirak üçün tələb olunan sənədləri təqdim edərək  müsabiqədə iştirak edə bilərsiniz. 

Salam idmn tv aparicilri ile bagli nye tedbir gorulmur axi futbola baxanda tvnin sesin kesib baxiram aparicilar ele danisir elebil cayxanda oturub sohbet edirler

Aparıcıların səviyyəsinin, peşəkarlığının yüksəldilməsi ilə bağlı teleradio yayımçılarına Milli Televiziya və Radio Şurası tərəfindən daimi olaraq tövsiyələr verilir.

Gence seheri uzre radio yayini etmek isdeyirem alacagim avadanliqlar bu linkde http://tr.fmuser.org/complete-fm-radio-station/1000W-FM-Radio-Station/ Bu avadanliqlara lisenziya verilecek

«Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsaən yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilir.

Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.3-cü bəndinə uyğun olaraq Şura tərəfindən radio yayımı üçün müsabiqə elan edildiyi təqdirdə qanunverciliklə müəyyən edilmiş qaydada müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (sənədlərin siyhısı müsabiqə elanında qeyd edilir) Milli Televiziya və Radio Şurasına təqdim edə bilərsiniz.

MILLI.AZ SAYTINDA XEBERE BAWLIQ YAZILIB BALAW OZUNU QIZ ELEDI ))))))))))))SADECE SIZDEN SORUWURAM BIRINCISI YAZILAN YALNIW MELUMAT IKINCISI LAP BALAWIN OZUNU QIZ ELEMEYININ BU XALQA NE DEXLI UWAQLARA NECE PIS ORNEK OLURLAR UCUNCUSUDE BU BAWLIQDAN MEN NE BAWA DUWUM NE YAZIRLAR XAHIW EDIREM BUNU XALQ ADINNAN YAZIRAM INSANLARI SAVADSIZLAWDIRMAYIN DERHAL BIR TEDBIR GORUN

"Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 6-cı bəndinə əsasən Şuranın əsas vəzifələri televiziya və radio yayımlarının fəaliyyətini tənzimləmək, onların müstəqilliyini və yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir.

Müraciətinizdə qeyd edilən saytda yazılanlarla əlaqədar sayt rəhbərliyinə müraciət etməyiniz tövsiyə olunur.

Hörmətli Nuşirəvan müəllim son zamanlar müəyyən verlişlər haqqında qəbul etdiyiniz qərarları dəstəkləyirik. Azərbaycan kanallarında türk seriallarının türkcə yayımını qadağan etdiniz, amma çox təəssüflər olsun ki, əksər veriliş aparıcıları danışıqlarında türk sözlərinə çox üstünlük verirlər. Məsələn: civarında, olay, lütfən, seyr etmək, önəmli, öncə və.s. Yazıb sizdən xahiş edirəm ki, bu halları aradan qaldırmaq üçün bir tədbir görəsiniz. Əvvəlcədən sizə təşəkkürümü bildirirəm.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi sahəsində müvafiq işlər görülür. Eyni zamanda aparıcıların ədəbi dil normalarına riayət etmələri üçün Milli Televiziya və Radio Şurası tərəfindən  AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri, qeyri hökumət təşkilatıları ilə birgə müvafiq layihələr həyata keçirilir.

ictimai tv-de cizgi filmi gedirdi usaqlar ucun bu ayin evvelinde.texmini beledir.bir tutuqushu kendde evde yaramazliq edir.traktoru surur her seyi dagidir.axirda ozunun yaramaz oldugunu anlayir ve ozunu asir. bu cizgi filmin menasi ne? neyi teblig edir?

Müraciətinizdə qeyd edilən cizgi filminin yayım vaxtı və adı barədə ətraflı məlumat verməyiniz tövsiyə olunur

Manim ayla vaziyatim pisdir evda islayan taki manam yoldasim xasta islamir oglumda issizdir onunda aylasi var va iki usaqi ayla vaziyati pisdir

Bildiririk ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun  28.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər. Həmin Qanunun  28.2-ci maddəsinə əsasən  inzibati vəzifələrin  təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müsabiqə elan edir.  Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət qulluğuna qəbulla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət etməlisiniz.

Həmçinin bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında teleradio yayımında yayımçıların yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirilir. Bu səbəbdən də Milli Televiziya və Radio Şurasının hər hansı bir şəxsin teleradio yayımçıları tərəfindən işə götürülməsinə göstəriş verməyə, yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə müdaxilə etməyə səlahiyyəti çatmır. 

Yuxarı ^