Canlı Dəstək

yeni idman kanalinin acilmasi nezerde tutulur

Bildiririk ki, hazırda  ümumrespublika yayımı üzrə  2 ixtisaslaşdırılmış idaman telekanalı fəaliyyət göstərməkdədir. Milli Televiziya və Radio Şurası tərəfindən yeni idman televiziya kanalının açılması üçün yaxın gələcəkdə müsabiqə elan edilməsi nəzərdə tutulmamışdır. 

salam.niye cbc sport aciq yayimda yayimlanmir.

Bildiririk ki, CBC Sport idman telekanalı yerüstü yayımda yalnız rəqəmli və HD forrmatında həyata keçirilir. Bu səbəbdən də rəqmli formada yayımı dəstəkləyən TV-lərdən, yaxud TV tünerlərdən (çevirici) istifadə edilməsi tövsiyə edilir.   

Salam. Biz təxminən bir aya yaxın olar ki, kanallara rəqəmsal yayımdan baxırıq. Lakin bunun üçün heç bir yerə müraciət etməmişdik və yeni televizorumuzdan təsədüfən rəqəmsal yayımı tapmışıq.Təbii ki, rəqəmsal yayım keyfiyyətli olduğu üçün bir aya yaxın olar ki, kanallara rəqəmli yayımdan baxırıq. Sualım isə belədir ki: a) heç bir yerə müraciət etmədən rəqəmsal yayımla kanallara baxmaq mümkün olurmu? Bu zaman mən rəqəmli yayımdan istifadəyə görə xidmət haqqı ödəməliyəmmi?

Bildiririk ki, rəqəmli televiziya yayımında Milli Televiziya və Radio Şurası tərəfindən televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilmiş yerli televiziya yayımçılarının proqramlarını  izləyə bilərsiniz. Xarici televiziya yayımçılarının proqramlarını isə peyk, internet, kabel şəbəkəsi yayımı vasitəsilə izləmək hüququna maliksiniz.

Salam.Biz radio verlislerinde edilen reklamlara inanib aliriq ve yaxud hansisa esya veya derman.O demek deyil ki,sponsurluq edir deye pul aldiqiniz ucun diffekt mallari terifleyib vetendasa sirimaq olar. Birede canli yayimda hecvaxt hormetsizlik edib telefonu uze qapatmazlar.hem ayibdi hemde hormetsizlik.Xahis edirem menimle elaqe saxlayin subutla sikayyet edecem hemen radionun cezalanmasi cun tedbir goresiniz

Bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında teleradio yayımında yayımçıların yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirilir. İstehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət tərəfindən qorunmasını, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsini, habelə antiinhisar (rəqabət), reklam, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirdiyindən reklamların məzmununda istehlakçı hüquqlarının pozulması halları baradə aidiyyatı üzrə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur. “Reklam haqqında” 15 may 2015-ci il tarixli Azərbaycan Respublikası Qanununun 34.2-ci maddəsinə uyğun olaraq  Azərbaycan Respublikasında reklam fəaliyyətinə dövlət nəzarəti İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Eyni zamanda bildiririk ki, Milli Televiziya və Radio Şurası İnzibati Xətalar Məcəlləsinin 428.3-cü maddəsinə uyğun olaraq haqsız reklama görə reklam fəaliyyətinin subyektlərinə (reklam sifarişçisinə, istehsalçısına, yayıcısına, agentliyinə) İqtisadiyyat Nazirliyi tərəfindən göstərişlə ayrılmış müddət ərzində qanun pozuntularının aradan qaldırılmamasına, əks reklamın yayılmamasına görə inzibati tənbeh tədbirləri tətbiq etmək səlahiyyətinə malikdir. 

Salam.bir sualla muraciet etmek isterdim.zehmet olmasa cavablandirardiniz.isle bagli hara muraciet etmeliyem? cox isterdim televiziya ve radio yayiminda fealiyyet gosterim

Bildiririk ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun  28.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər. Həmin Qanunun  28.2-ci maddəsinə əsasən  inzibati vəzifələrin  təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müsabiqə elan edir.  Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət qulluğuna qəbulla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət etməlisiniz.

Həmçinin bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında teleradio yayımında yayımçıların yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirilir. Milli Televiziya və Radio Şurasının hər hansı bir şəxsin teleradio yayımçıları tərəfindən işə götürülməsinə göstəriş verməyə, yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə müdaxilə etməyə səlahiyyəti çatmır. Bu səbədən də hər hansı televiziya və ya radioda işə qəbul üçün həmin teleradio yayımçısının rəhbərliyinə müraciət etməyiniz tövsiyə olunur.

Mən internet provayder şirkəti olaraq ip tv və analoq tv yayımı ilə məşğul olmaq istəyirəm. Lisenziya üçün tələb olunan sənədlər isə yeni teleradio kanalı açmaq üçündür. Bunu nə ilə izah edə bilərsiz?

Bildiririk ki, "Televiziya və radio yayımı haqqında" Azərbaycan respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən  teleradio yayımı - elektromaqnit dalğaları ilə açıq və ya kodlaşdırılmış formada, peyk, kabel və ya digər yerüstü texniki qurğular vasitəsi ilə kütləvi yayımlanan və istənilən sayda teleradio qəbuledicilər tərəfindən qəbul edilən səsli və ya görüntülü teleradio proqramlarının müəyyən məsafəyə ilkin ötürülməsi. Bu anlayışa həmçinin yayımın kodlaşdırılmış qurğulardan (kartlardan) istifadə etməklə hüquqi və fiziki şəxslər tərəfindən peyk vasitəsilə həyata keçirilməsinin təmin edilməsi və digər yayımçılar tərəfindən retranslyasiya edilən proqramlar da daxildir. Teleradio yayımına dair  xüsusi razılıq (lisenziya) verilməsi üçün  tələb edilən sənədlərin siyahısı ilə Milli Televiziya və Radio Şurasının internet səhifəsində tanış ola bilərsiniz.  Teleradio yayımına dair  xüsusi razılıq (lisenziya) verilməsi üçün  tələb edilən sənədlər yayım üsuluna uyğun olaraq müəyyənləşdirilmişdir.

Radio və televiziya bölməsinə böyük marağım var. Kreativ insanam. Gördüyüm işlərdə həmin sahə üzrə təcrübəli şəxslərlə məsləhətləşirəm lakin yekun qərarı özüm verirəm. Özümə inamım tamdır. İnanıram ki, üzərimə götürdüyüm işi məsuliyyətlə və layiqincə yerinə yetirəcəm.

Bildiririk ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun  28.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər. Həmin Qanunun  28.2-ci maddəsinə əsasən  inzibati vəzifələrin  təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müsabiqə elan edir.  Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət qulluğuna qəbulla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət etməlisiniz.

Həmçinin bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında teleradio yayımında yayımçıların yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirilir. Bu səbəbdən də Milli Televiziya və Radio Şurasının hər hansı bir şəxsin teleradio yayımçıları tərəfindən işə götürülməsinə göstəriş verməyə, yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə müdaxilə etməyə səlahiyyəti çatmır. 

tele radio yayimi haqqinda qanuna esasen xarici vetendaslara lisenziya verilmir bes xezer tv xezer radio ve burc fm me niye lisenziya verilib axi bunlar saman yolu yayinciliga mexsusdu izah edersiz xais edirem

Bildiririk ki, Televiziya və radio yayımı haqqında Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən özəl yayımçı Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları və (və ya) nizamnamə kapitalı Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan hüquqi şəxslər tərəfindən təsis edilə bilər. Xəzər Televiziyası, Xəzər radiosu və eyni zamanda Burc FM radiosu Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən təsis edilmişdir. Teleradio yayımçısınin işçisinin vətəndaşlığı ilə bağlı isə qanunvericilikdə hər hansı məhdudiyyət mövcud deyildir.

 

radio yayini ucun musabiqesiz lisenziya verilmir

Bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsaən yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir.

Bakida tv yayım acmaq isteyirem HD formasında bunun üçün mene neler lazımdır ve qiymeti neceyedir

Bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsaən yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən  müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilir.

Milli Televiziya və Radio Şurası tərəfindən zəruri hesab olunan ərazidə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) alınmasına dair müsabiqə elan edildiyi təqdirdə müsabiqədə iştirak üçün tələb olunan sənədləri təqdim edərək  müsabiqədə iştirak edə bilərsiniz. 

Yuxarı ^