Canlı Dəstək

İP tv yayimlanmasina lisenziya verilmesi uchun sened teqdim edildikden ne qeder muddet sonra cavab elde oluna biler?

Bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsaən yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən  müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilir.

ona gore bura yazdim ki sikayet edecek bir bolme tapmadim . SALAM. BÜTÜN DÜNYANIN Alkoqollu içkilər MÜBARİZƏ APARDIĞI BU DÖVÜRDƏ AZƏRBAYCAN TV KANALLARININ HANSINI AÇIRAM İÇKİ REKLAMI VERİLİR. HƏMDƏ İNSANLARI İÇKİYƏ MEYİLLƏNDİRƏN REKLAM. ALKAQOLLU İÇKİYƏ GÖZ YAŞI QƏDƏR TƏMİZ DEYİLƏCƏK QƏDƏR BİR REKLAMI TV KANALLARDA NECE VERİLİRBUNA KİM İCAZƏ VERİRİ Ş XAİŞ EDİREƏM BU HAQDA BİR TƏDBİR GORƏSİZ. MƏN ÇOX ÖLKƏNİN TV KANALLARINA BAXIRAM HƏLƏ DƏ ALKAQOLLU MƏHSUL REKLAMI GÖRMƏMİŞƏM.

Bildiririk ki, "Reklam haqqında" Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ nömrəli  Qanununun   27-ci maddəsinə əsasən alkoqollu içkilərin reklamında aşağıdakılar qadağandır: alkoqollu içkidən istifadə nəticəsində şəxsin ictimai nüfuz qazanacağı, peşədə, idmanda və ya digər sahələrdə şəxsi uğurlar əldə edəcəyi, fiziki və ya emosional durumunu yaxşılaşdıracağı barədə rəyin formalaşdırılması; alkoqollu içkilərdən istifadə etməyənlərin nüfuzdan salınması; alkoqollu içkilərdən istifadənin ziyansız və ya insan sağlamlığı üçün xeyirli, müalicəvi xassələrə malik olması rəyinin formalaşdırılması; tündlük dərəcəsi yüksəldikcə, alkoqollu içkilərin keyfiyyətinin yüksəlməsi barədə fikir yaradılması, onların susuzluğu yatırmaq vasitəsi kimi təqdim edilməsi; alkoqollu içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi; uşaqlar üçün və dini proqramların (verilişlərin) alkoqollu içkilərin reklamı ilə kəsilməsi; cəmiyyətdə tanınmış olan şəxslərin, kino və animasiya filmləri qəhrəmanlarının, heyvanların təsvirlərindən istifadə edilməsi; alkoqollu içkilərdən istifadə olunma prosesinin nümayişi; Teleradio proqramlarında (verilişlərində) tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamının saat 7.00-dan 23.00-dək yayımlanması.

Aşağıdakı reklam daşıyıcılarında alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz: tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində; yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda; telekommunikasiya qurğularında (tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin); alkoqollu içkilərin nümunələrinin paylanması və dequstasiyası ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə yalnız onların pərakəndə satış yerlərində, ixtisaslaşmış sərgilərin dequstasiya zallarında icazə verilir. Bu reklam aksiyasında yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin pulsuz paylanması, alkoqollu içki nümunələrinin dequstasiya üçün təklif olunması qadağandır.

Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır.

 

Salam men is axdariram Azerbaycan dovlet Pedqoji univerisitetininnezdinde olan Pedeqoji kollecinde oxuyuram geyim dekorasiyasi ve model uzre. Yeni "pese telimi" danisigim selis ve aydindi. Ingilis dilini orta kafi bilirem. Usaqliqdan apariciliga maragim olub diye edebiyat sahesinede yaxinam. Ve praduser islemisem so biznes ehliynen. Qabaqcadan tesekurler

Bildiririk ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun  28.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər. Həmin Qanunun  28.2-ci maddəsinə əsasən  inzibati vəzifələrin  təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün Dövlət İmtahan Mərkəzi müsabiqə elan edir.  Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət qulluğuna qəbulla əlaqədar Dövlət İmtahan Mərkəzinə müraciət etməlisiniz.

Həmçinin bildiririk ki, teleradio yayımçılarında işçilərin işə qəbulu və işdən azad edilməsi teleradio yayımçılarının rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq  həyata keçirilir. 

salam TRT1 kanalinin yerustu reqamsal yayimi ne vaxt perpa edilecek deqiq vax deyerdiz zehmet olmazsa

TRT1 telekanalının rəqəmli televiziya yayımı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi ilə müqavilə bağlanıldıqdan sonra həyata keçirilə bilər. 

Salam trt1 yerustu reqamsal yayimi ne vaxtperpa olunacaq? deqiq vaxt bilinir?xayis edirem etrafli yazin

TRT1 telekanalının rəqəmli televiziya yayımı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi ilə müqavilə bağlanıldıqdan sonra həyata keçirilə bilər. 

Salam. Radio kanal açmaq üçün avadanlıqlar alınması və ümumiyyətlə lazımi avadanlıqların nelerden ibaret olduqunu öyrənmək üçün hara müraciət edə bilərik?

Bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsaən yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən  müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilir.

Milli Televiziya və Radio Şurası tərəfindən zəruri hesab olunan ərazidə radio yayımı üçün xüsusi razılıq (lisenziya) alınmasına dair müsabiqə elan edildiyi təqdirdə müsabiqədə iştirak üçün tələb olunan sənədləri təqdim edərək  müsabiqədə iştirak edə bilərsiniz.

Salam. Biz peyk yayımı həyata keçirmək istəyirik. Ancaq filmlər vermək filan kimi şeylər. Bilmək istərdim bunun üçün nələr lazımdır və rüsum nə qədərdir. Bizim imkanlarımız nə olmalıdır? əvvəlcədən təşəkkür edirik

Bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsaən yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən  müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 2 nömrəli əlavəsinin 5.10-cu bəndində nəzərdə tutulmuş fəaliyyət növü üçün Milli Televiziya və Radio Şurası tərəfindən xüsusi razılıq (lisenziya) alınmasına dair müsabiqə elan edildiyi təqdirdə müsabiqədə iştirak üçün tələb olunan sənədləri təqdim edərək  müsabiqədə iştirak edə bilərsiniz.

 

 

Is axtaruram ali tehsiliyem kompyyter biliylerim var sertifikatimda var.adpu tarixin bitirmisem.22 yas ozumle bagli is isteyirem.ixtisasa uygu

Bildiririk ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun  28.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər. Həmin Qanunun  28.2-ci maddəsinə əsasən  inzibati vəzifələrin  təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün Dövlət İmtahan Mərkəzi müsabiqə elan edir.  Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət qulluğuna qəbulla əlaqədar Dövlət İmtahan Mərkəzinə müraciət etməlisiniz.

Həmçinin bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında teleradio yayımında yayımçıların yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirilir. Bu səbəbdən də Milli Televiziya və Radio Şurasının hər hansı bir şəxsin teleradio yayımçıları tərəfindən işə götürülməsinə göstəriş verməyə, yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə müdaxilə etməyə səlahiyyəti çatmır. 

Salam televizya yayimi ucun hara muraciyyet etmek lazimdi birde yayim ucun neqeder vesait odenmelidir licenziya veya oturucu ucun xahis edirem etrafli yazardiz radio yayimla televizya yayimi arasinda ferqide

Bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsaən yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən  müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilir.

Milli Televiziya və Radio Şurası tərəfindən zəruri hesab olunan ərazidə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) alınmasına dair müsabiqə elan edildiyi təqdirdə müsabiqədə iştirak üçün tələb olunan sənədləri təqdim edərək  müsabiqədə iştirak edə bilərsiniz.

Müsabiqədə qalib olan iddiaçı tərəfindən dövlət rüsumu "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq ödənilir.

 

Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri

 

                                                                             Əlavə № 2

8.

Teleradio yayımı fəaliyyəti:

 

8.1.

ümumrespublika televiziya yayımı

5500

8.2.

Bakı şəhəri üzrə televiziya yayımı

2250

8.3.

regional televiziya yayımı

1500

8.4.

ümumrespublika radio yayımı

2500

8.5.

Bakı şəhəri üzrə radio yayımı

1250

8.6.

regional radio yayımı

500

8.7.

əlavə informasiya yayımı

500

8.8.

abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı

1500

8.9.

abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı

2500

8.10.

peyk yayımı

500

8.11.

xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət

500

 

yeni idman kanalinin acilmasi nezerde tutulur

Bildiririk ki, hazırda  ümumrespublika yayımı üzrə  2 ixtisaslaşdırılmış idaman telekanalı fəaliyyət göstərməkdədir. Milli Televiziya və Radio Şurası tərəfindən yeni idman televiziya kanalının açılması üçün yaxın gələcəkdə müsabiqə elan edilməsi nəzərdə tutulmamışdır. 

Yuxarı ^