• CBC (Caspian İnternational Broadcasting Company)

    CBC (Caspian İnternational Broadcasting Company)

    Televiziya kanalı regionda ilk beynəlxalq televiziya kanalıdır. Hazırda kanalın  efirində 5 dildə - azərbaycan, rus, ingilis, fars və erməni dillərində  gündə 2 dəfə Xəbərlər buraxılışı yayımlanır. Bundan əlavə  Azərbaycan  tarixi,  mədəniyyəti,  incəsənəti  və  memarlığına  dair  sənədli  filmlər,  respublikanın  korifey  sənətkarlarının  konsert  yazıları, musiqi nömrələri də telekanalın efirində yer alıb. Gündə  bir neçə dəfə Azərbaycan barədə, onun mədəniyyət və incəsənətini  təbliğ edən orijinal video çarxlar nümayiş etdirilir. Bununla yanaşı    “ATV İnternational”ın efirində Azərbaycanda, eləcə də xaricdə  istehsal olunan bədii filmlərin nümayişi də yer alır. Xarici filmlər  lisenziyalı, yüksək keyfiyyətdə və ingilis dilində nümayiş olunur. 

    Milli Televiziya və Radio Şurasının 03 oktyabr 2012-cı il tarixli qərarı ilə «Caspian İnternational Broadcasting Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə  birbaşa peyk  yayımı üçün 6 il müddətinə   xüsusi razılıq (lisenziya) verilmişdir.

Yuxarı ^