• “Kanal 35” Televiziyası (Naxçıvan Muxtar Respublikası)

    “Kanal 35” Televiziyası  (Naxçıvan Muxtar Respublikası)

                2004-cü il iyul ayının 14-də ümummilli lider Heydər Əliyevin  Azərbaycana rəhbərliyinin 35-ci ildönümündə Naxçıvan Muxtar  Respublikası Radio-Televiziya Ötürücü Mərkəzinin nəzdində fəaliyyətə başlamışdır. Televiziyanın əsas yayım istiqaməti  tamaşaçıların dünyagörüşünü, elmi məlumatlılığını genişləndirmək,  elmi-publisistik, milli-mədəni və mənəvi dəyərlər aşılayan, hərbi-vətənpərvərlik ruhunu yüksəldən verilişlərlə tamaşaçıların diqqətini  cəlb etmək və maarifləndirməkdir. 

    Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının  01 iyul 2008–ci il tarixli qərarı ilə “Kanal 35” televiziyasına xüsusi razılıq (lisenziya) verilmişdir.

     

    Ünvan: Naxçıvan şəhəri,

    11­ci məhəllə RTÖM binası

    Tel: (0136) 44 04 27

    Fax: (0136) 45 21 25

    İnternet səhifəsi: http://www.kanal35.tv

     

Yuxarı ^