• NMR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi (Naxçıvan Muxtar Respublikası)

    NMR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi

    (Naxçıvan Muxtar Respublikası)

     Muxtar respublikanın ən böyük kütləvi informasiya  orqanlarından biridir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio  Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə muxtar respublikada  televiziyanın  fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR  Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər  Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi və  26 dekabr 1978-ci ildə isə Naxçıvan MSSR Dövlət Televiziya və  Radio Verilişləri Komitəsi adlandırılıb. Hazırda Naxçıvan Muxtar  Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi kimi  fəaliyyət göstərir. Komitə Azərbaycan Respublikasının və onun  ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatını əks etdirən rəngarəng  televiziya və radio verilişləri hazırlayaraq, tamaşaçı və dinləyicilərə  təqdim edir. Gün ərzində 14 saat televiziya və 14 saat radio verilişləri  aparılır. Komitənin inzibati binası əsaslı təmir olunmuş, müasir  televiziya və radio avadanlıqları ilə təchiz edilmişdir.    Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının  11 iyun 2008–ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası  Dövlət Televiziya və Radio verilişləri komitəsinə xüsusi razılıq  (lisenziya) verilmişdir.

     

    Ünvan: Naxçıvan şəhəri,

    İstiqlaliyyət küç, 82

    Tel: (0136) 44 07 11

    Fax: (0136) 44 07 10

     

Yuxarı ^