• Ağayev Əlvan Həsən oğlu

    1960-cı ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur. 1977-ci ildə Bakı şəhərində D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitunun əmtəəşunaslıq fakültəsinə daxil olmuşdur. 1980-cı ildə Şərur şəhər təsərrüfatlararası tikinti idarəsində fəhlə işləmişdir. 1982-ci ildə Kooperativ komisyon ticarəti idarəsində tədarükçü, 1984-ildən isə həmin idarənin baş direktoru vəzifəsində çalışmışdır. 1987-ci ildə Şərur şəhər istehlak cəmiyyətində ərzaq malları üzrə əmtəəşünas, 1988-ci ildə həmin idarədə təftişçi, 1990-1996-cı illərdə Şərur şəhər istehlak cəmiyyətində baş əmtəəşünas vəzifələrində çalışmışdır. 1996-cı ildə «Azərkitab» birliyinin baş direktoru vəzifəsində çalışmışdır. 2003-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yenidən Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.

    İqtisad üzrə fəlsəfə doktorudur.

    Evlidir, iki övladı var.

Yuxarı ^