• «Qafqaz» Televiziyası (Quba)

      «Qafqaz» Televiziyası (Quba)

     

    «Xəyal» Müstəqil Televiziya və Radio Şirkəti 7 avqust 1998-ci ildə yaradılmışdır. 39-cu kanalda efirə çıxan «Xəyal» TV 1 sentyabr 1998-ci il tarixdən verilişlərini əsasən Quba, Qusar, Xaçmaz rayonları ərazisində yayımlamağa başlamışdır.

    Məqsəd  ölkənin şimal bölgəsində yaşayan əhaliyə dolğun  informasiya vermək, rəngarəng televiziya proqramları, yerli televiziya verilişləri və video proqramları çatdırmaqdır.

    Milli Televiziya və Radio Şurasının 01 mart 2012-cı il tarixli qərarı ilə «Xəyal» Müstəqil Televiziya və Radio Şirkətinin televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır. Milli Televiziya və Radio Şurasının 9 avqust 2017-ci il tarixli qərarı ilə «Xəyal» Müstəqil Televiziya və Radio Şirkətinə verilmiş lisenziya "Qafqaz Müstəqil Televiziya və Radio Şirkətinin adına rəsmiləşdirilmişdir.

    “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.

     

Yuxarı ^