• «ARB Kəpəz» (Gəncə)

    «Kəpəz» Televiziya Şirkəti (Gəncə)

     

    «Kəpəz» Televiziya Şirkəti  14 iyul 1993-cü il tarixdə yaradılıb. «Kəpəz» Televiziya Şirkəti  6 may 1994-cü il tarixdən Gəncə şəhərində yayıma başlamışdır.  

    Şirkətin yaradılmasında məqsəd Gəncə əhalisinə göstərilən informasiya xidmətinin səviyyəsinin yüksəldilməsi, ölkəmizlə xarici dövlətlər arasında operativ informasiya mübadiləsinin  genişləndirilməsi, cəmiyyətin sosial-iqtisadi və mədəni həyatında baş verən proseslərin işıqlandırılması, əyləncəli proqramların,  reklamların, video məhsulların istahsalı və istismarıdır.

    Milli Televiziya və Radio Şurasının 02 sentyabr 2011-ci il tarixli qərarı ilə «Kəpəz» Teleradio Şirkətinin televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır.

    “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.

     

    Azərbaycan Respublikası, Gəncə şəhəri 
    AZ2003, Nizami rayonu, C.Rəfibəyli küç. 66

    Əlaqə tel: (+99422) 264-12-02 | 264-12-03
    Fax: (+99422) 264-12-15
    E-mail: admin@kepeztv.az

Yuxarı ^