• NMR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi (Naxçıvan Muxtar Respublikası)

    NMR Dövlət Televiziya və Radio Verilişləri

    Komitəsi  (Naxçıvan Muxtar Respublikası)

    Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel  1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır.  1963-cü ildə muxtar respublikada televiziyanın  fəaliyyətə başlaması  ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri  Komitəsi,  5  mart  1969-cu  ildə  Naxçıvan  MSSR  Nazirlər  Soveti  yanında  Dövlət  Radio  və Televiziya Verilişləri  Komitəsi,  5  may  1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya  və Radio Verilişləri Dövlət Komitəsi və 26 dekabr 1978-ci ildə isə  Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi  adlandırılıb.  Hazırda  Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Televiziya  və  Radio  Verilişləri  Komitəsi  kimi  fəaliyyət  göstərir.  Gün ərzində 14 saat radio verilişləri aparılır. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının  11 iyun 2008–ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası  Dövlət  Televiziya  və  Radio  verilişləri  komitəsinə  xüsusi  razılıq  (lisenziya) verilmişdir.

    “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.

     

    Ünvan: Naxçıvan şəhəri,

    İstiqlaliyyət küç, 82

    Tel: (0136) 44 07 11

    Fax: (0136) 44 07 10

    142 143

     

Yuxarı ^