• Kəpəz FM

    Kəpəz FM

    Kəpəz FM radiostansiyası 24 saat yayımlanmaqla 4  veriliş istehsal edir.

    1. AynA – Səhər proqramı

    Verliş həftə içi  6 gün yayımlanır. Dj AySelin təqdimatında AynA 5 gün səhər saat 700-dan 1000 -dək, həftənin şənbə günü xüsusi olaraq saat 0800 -dan 1100-dək canlı yayımda olur. Həftənin şənbə günü 3-cü saatda musiqili qonağı olan Aynada DJ AySelin müğənnilərlə çox maraqlı söhbətləri dinləyicilərə əsl istirahət saatı yaşadır. Verlişimizdə dinləyicilərə 3 saat ərzində hava proqnozu, valyuta məzənnəsi, bürclər, dünyada olaya çevrilən ən maraqlı məlumatlar çatdırmaqla yanaşı, həmçinin son saatda dinləyicilərin istəklərinə uyğun şeir parçaları səsləndiririk. Onu da qeyd edək ki, dinləyicilər canlı efirə qoşularaq özləri də şer parçası səsləndirə bilərlərlər. Bundan başqa zövqlü musiqilərlə hər kəsin sabahını xoş etməyə, üzlərində təbəssüm yaratmağa və onlarla həmsöhbət olmağa çalışırıq. Veriliş əsasən informatik və əyləncəli xarakter daşıyır.

    1. Səadətli saatlat – Günorta proqramı

    DJ Səadətin təqdimatında aprelin 1-dən etibarən həftə içi 5 gün saat 12:00-dan 15:00-dək yayımlanır. I-ci saatda dinləyicilərə faydalı məsləhətlər, maraqlı məlumatlar və yemək reseptləri verilir, dinləyicilər isə öz növbələrində canlı efirə qoşularaq öz məlumatlarını bölüşə və ya faydalı məsləhətlər ala bilərlər. II-ci saatda mövzu ilə yanaşı, faydalı məsləhətlər rubrikası da davam edir. Dinləyicilər I-ci saatda olduğu kimi, II-ci saatda da öz bildiklərini paylaşa, bundan başqa mövzuya fikir bildirə bilərlər. III-cü saatda isə müxtəlif sahələrdən dəvət olunmuş qonaqlar dinləyicilərlə təmasda olurlar. Əsas məqsədimiz dinləyiclərin marağına uyğun mövzular seçmək, onların istədiklərini vermək və onları maarifləndirməkdən ibarətdir...

    1. Avtosfera

    1 Aprel 2013-cü il tarixindən etibarən saat 17:00-dan  20:00-a qədər Kəpəz FM-də həftə içi beş gün “Avtosfera” verilişi efirə yayımlanır. Avtosferanın məqsədi maarifləndirmək və məlumatlandırmaqdır. Adından da göründüyü kimi verilşdə avtomobil dünyasından bəhs edilir. Dinləyicilər yol hərəkəti qaydaları, cərimələr, yol hərəkətinin bütün iştirakçılarının hüqüq və vəzifələri haqqinda maariflənmə, eləcədə avtomobil dünyasında  baş verən yeniliklər barədə məlumatlana bilərlər.

    Həmçinin bizimlə informasiya mübadiləsi etməyə şərait yaradılır. Belə ki, təqdim etdiyimiz nömrə vasitəsiylə dinləyici canlı efirə qoşulub cavabını bilmək istəyən sualları DJ Vüsala verir və ya rastlaşdığı nəqliyyatın  intensivliyi müşahidə olunan yollar, nasaz yollar barəsində məlumatla bölüşür. Bölüşdüyü məlumatla biz də digər sürücüləri, piyadaları düşə biləcəkləri çətin vəziyyətdən xəbərdar edirik. Bundan başqa DYP-nın Gəncə şəhərində həmçinin Respublikanın digər bölqələrində keçirdiyi reydlər və onların  nəticələri haqqinda məlumatlari da bizdən eşidə bilərlər.

    1. TOP 40

    Hər həftənin şənbə günü saat 17:00-dan bazar günü isə təkrar olaraq saat 13:00-dan etibarən yayımlanır. Dinləyicilər həftə ərzində radioda səsləndirilən ən hit top-40 musiqilərlə tanış olma imkanı əldə edirlər.

    Kəpəz FM-in 9 nəfərdən ibarət işçiləri var.

    Kəpəz FM-in yayımı Gəncə və ətraf rayonlara yayımlanmaqla qismən Aran və Şimal-qərb bölgəsinədə yayımlanır.

    “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.

    Azərbaycan Respublikası, Gəncə şəhəri 
    AZ2003, Nizami rayonu, C.Rəfibəyli küç. 66
    Əlaqə tel: (+99422) 264-12-02 | 264-12-03 
    Fax: (+99422) 264-12-15
    E-mail: admin@kepezfm.az

     

Yuxarı ^