• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 14 avqust 2020-ci il tarixli 11/1 saylı Qərarı

     

    Bakı şəhəri

    14 avqust 2020-ci il

     

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “ARB” televiziyasının efirində bir saatda yayımlanan reklam həcminin aşılmasına görə (16 dəqiqə 20 saniyə) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.5.5-ci, 35.7-ci, 23.1-ci, 39.6-cı maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası  haqqında Əsasnamə”nin 8.11-1-ci bəndini rəhbər tutaraq QƏRARA ALIR:

    1. “ARB” telekanalının efirində 17 avqust 2020-ci il tarixdə proqramların yayımı 3 (üç) saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılsın.

    2. “ARB” telekanalı, ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı (mətn əlavə olunur) Şura tərəfindən müəyyən edilmiş vaxt ərzində (saat 08:00-dan 11:00-dək) özünün efirində yayımlamalıdır.

    3. Qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində qərardan Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.

     

    İsmət  Səttarov

    Sədr

Yuxarı ^