• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 12 avqust 2020-ci il tarixli 10/1 saylı Qərarı

     

    Bakı şəhəri

    12 avqust 2020-ci il

     

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.20-ci bəndini və Azərbaycan Respublikasında mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli Sərəncamının 2-ci bəndinin tələblərini rəhbər tutaraq  QƏRARA ALIR:

    1. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat  vəsaitdən qeyd olunan özəl ümumrespublika teleradio yayımçılarının (1. “Lider TV və Radio Azərbaycan” MMC, 2. “Xəzər TV” MMC, 3. “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası, 4. “ARB 24” MMC, 5. “Space Müstəqil Teleradio Şirkəti" MMC, 6.“Real Təhlil İnformasiya Mərkəzi” MMC) hərəsinə 500 000 (beş yüz min) manat ayrılsın.

    2. “Lider TV və Radio Azərbaycan” MMC-yə ayrılmış 500.000 (beş yüz min) manat vəsaitin 400.000 manatı “Lider TV və Radio Azərbaycan” MMC-nin borclarının ödənilməsi üçün birbaşa Milli Televiziya və Radio Şurası tərəfindən bərabər şəkildə “Azərkosmos” ASC və “Radio-televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi”nə ödənilsin.

    3. “Lider TV və Radio Azərbaycan” MMC-yə ayrılmış 500.000 (beş yüz min) manat vəsaitin 100.000 (yüz min) manatı “Lider TV və Radio Azərbaycan” MMC-nin texniki imkanlarının artırılması məqsədi ilə onun öz xəzinə hesabına köçürülsün.

    4. Milli Televiziya və Radio Şurası Aparatının Maliyyə və texniki nəzarət şöbəsi qeyd olunan vəsaitin özəl ümumrespublika teleradio yayımçılarının xəzinə hesabına köçürülməsini təmin etsin.

     

    İsmət Səttarov

    Sədr

     

Yuxarı ^