• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 13 may 2020-ci il tarixli 7/3 saylı qərarı

    Bakı şəhəri      

    13 may 2020-ci il

     

    Qərar 7/3:

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “ARB” televiziyasının efirində yayımlanan “Bakıda küləklər əsir” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanmasına görə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 40.2.2-1-ci, 23.1-ci, 39.6-cı maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası  haqqında Əsasnamə”nin 8.11-1-ci bəndini rəhbər tutaraq QƏRARA ALIR:

    1. “ARB” telekanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımı 1 (bir) saatlıq müddətədək (saat 16:00-dan saat 17:00-dək) dayandırılsın.

    2. “ARB” telekanalı, ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı Şura tərəfindən müəyyən edilmiş vaxt ərzində (saat 16:00-dan saat 17:00-dək) özünün efirində yayımlamalıdır.

    3. Qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində qərardan Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.

     

           İsmət  Səttarov

    Sədr

     

     

     

Yuxarı ^