• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 13 may 2020-ci il tarixli 7/1 saylı qərarı

    Bakı şəhəri     

    13 may 2020-ci il

     

    Qərar 7/1

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Lisenziyalar və icazələr haqqında” 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Azərbaycan Respublikası   Qanununun 6.3.1, 26.1.1-ci maddəsini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 23.2.1-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.20-ci bəndinin tələblərini rəhbər tutaraq  QƏRARA ALIR:

    “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin rəsmi ərizəsinə əsasən ona peyk yayımı üçün verilmiş 05 mart 2018-ci il tarixli 186 qeydiyyat nömrəli lisenziya ləğv edilsin.  

     

                                                                                                  İsmət  Səttarov

    Sədr

Yuxarı ^