• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 5 fevral 2020-ci il tarixli 02/1 saylı qərarı

     

    Bakı şəhəri                                                                                              

    05 fevral 2020-ci il

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 2002-ci il  05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 9.3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 dekabr tarixli 1713 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə QƏRARA ALIR:

    1. “Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 2015-ci il tarixli 10 aprel tarixli 04/3 nömrəli qərarı (2-ci hissə istisna olmaqla) ləğv edilsin.

    2. Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinə tapşırılsın ki, bu Qərarın surətinin üç  gün müddətində Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin. 

    3. Qərarın icrasına nəzarət  Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadova tapşırılsın.

     

                                                                                                          Nuşirəvan Məhərrəmov

     Sədr

     

Yuxarı ^