• Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov ilə Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin Mətbuat Attaşesi Hüseyin Altınalan arasında görüş keçirilmişdir.

     

    23 yanvar 2020-ci il tarixdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov ilə Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin Mətbuat Attaşesi Hüseyin Altınalan arasında görüş keçirilmişdir.

    Görüşdə Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq və dostluq əlaqələrinin hazırki yüksək səviyyəsi, media sahəsində bu əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyəti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzv dövlətlərinin media qurumları arasında sıx əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunmuşdur.

Yuxarı ^