• Bugün Şuranın sədri Nuşirəvan Məhərrəmov ATƏT DTİHB-nun Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalininanı qəbul etmişdir.

     

    15 yanvar 2020-ci il tarixində Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının (SMM) media analitiki Kira Kalininanı qəbul etmişdir.

    Görüşdə Azərbaycanda audiovizual sahədə olan son vəziyyət, Şuranın vəzifə və funksiyaları, Şuranın həyata keçirdiyi monitorinqlər, tənzimləmə prosesində mövcud problemlər, televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması və ona nəzarət mexanizmləri, seçkiqabağı təşviqat kampaniyasında siyasi reklamın yayımı ilə bağlı məsələlər müzakirə edilmişdir. 

    Görüşdə həmçinin Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov qonağı maraqlandıran sualları cavablandırmışdır.

Yuxarı ^