• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 5 noyabr 2019-cu il tarixli 07/1 saylı qərarı

    Bakı şəhəri                                                                                                  

    05 noyabr 2019-cu il

     

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 15-ci maddəsini rəhbər tutaraq QƏRARA ALIR:

    1. Ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək müsabiqə elan edilsin.

    2. Müsabiqə barədə rəsmi dövlət qəzeti olan “Xalq qəzeti”ndə və Milli Televiziya və Radio Şurasının internet səhifəsində elan yerləşdirilsin.

     

                                                                                                      Nuşirəvan Məhərrəmov

     Sədr

Yuxarı ^