• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 28 iyun 2019-cu il tarixli 06/4 saylı qərarı

    Bakı şəhəri                                                                                                       

    28 iyun 2019-cu il

     

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq  QƏRARA ALIR:

    1. Bakı teleqülləsindən Azərbaycan Respublikasına məxsus ümumrespublika televiziya proqramlarının və TRT 1-in yayımı SD, HD və Full HD formatlarında ayrıca və ya paket formasında aparılsın.

    2. 29-cu TV yayım kanalında “Xəzər” televiziyasının HD formatında yayımı həyata keçirilsin.

    3. 31-ci TV yayım kanalında “ARB 24” televizyasının Full HD formatında yayımı “ATV+” kabel şəbəkəsi yayımçısına məxsus TV proqramlarının yayımı ilə birlikdə həyata keçirilsin.

    4. 34-cü TV kanalında TV proqramlarının yayımı paketdəki sıra nömrəsi aşağıdakı kimi olmaqla DVB-T2 standartı üzrə həyata keçirilsin:

                     1. İTV Full HD      2. CBC Sport HD

    5. 37-ci TV yayım kanalında TV proqramlarının yayımı paketdəki sıra nömrəsi aşağıdakı kimi olmaqla həyata keçirilsin:

                     1. AzTV HD.        2. Mədəniyyət TV HD.        3. İdman Azərbaycan HD.          4. Real TV HD.

    6. 48-ci TV yayım kanalında TV proqramlarının yayımı paketdəki sıra nömrəsi aşağıdakı kimi olmaqla SD formatında həyata keçirilsin:

    1. AzTV.             2. Mədəniyyət TV                3. İdman Azərbaycan TV.

    4. İTV.                5. Lider TV                           6. Space TV

    7. ATV               8. Xəzər TV                          9. ARB TV

                     10. Real TV       11.TRT 1

    7. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 05 fevral 2019-cu il tarixli 2/2 saylı qərarı qüvvədən düşmüş hesab edilsin.

     

                                                                                                       Nuşirəvan Məhərrəmov

    Sədr

Yuxarı ^