• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 28 iyun 2019-cu il tarixli 06/3 saylı qərarı

    Bakı şəhəri                                                                                                       

    28 iyun 2019-cu il

     

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” 2002-ci il 25 iyun tarixli 345-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 30-cu, “Lisenziyalar və icazələr haqqında” 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, “Lisenziyalar və icazələr haqqında” 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.8-ci bəndini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6-cı bəndini rəhbər tutaraq  QƏRARA ALIR:

    1. “BULUD STORE” Məhdud Məsuliyyətli Cəmiyyətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayımın üsulu – internet) üçün müddətsiz lisenziya verilsin.

    2. “BULUD STORE” Məhdud Məsuliyyətli Cəmiyyətindən abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayımın üsulu – internet) üçün 1500 (min beş yüz) manat məbləğində rüsum tutularaq dövlət büdcəsinə köçürülsün.

     

                                                                                                           Nuşirəvan Məhərrəmov

    Sədr

Yuxarı ^