• «İctimai Radio»

    «İctimai Radio»

    “İctimai radio”nun yayımı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilir. “İctimai radio” 90 FM dalğasında yayımlanır.  İlk dəfə 2006-cı il yanvarın 10-da yayıma başlamışdır.

    İctimai radioda 4 departament fəaliyyət göstərir:

    1. Xəbərlər və analitik proqramlar departamenti;

    2. Elm-təhsil, Gənclik və idman departamenti;

    3. Musiqi və əyləncəli verilişlər departamenti;

    4. Ədəbiyyat və İncəsənət departamenti.

          Milli Televiziya və Radio Şurasının 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə radio yayımı üçün  müddətsiz xüsusi razılıq (lisenziya) verilmişdir.

     

    Ünvan: Bakı şəhəri,

    Yasamal rayonu, Şərifzadə 241.

    İnternet ünvanı: http://www.radio.itv.az
     

Yuxarı ^