• «Respublika Radiosu»

    «Respublika Radiosu»

    «Respublika Radiosu» 6 noyabr 1926-cı ildə yaradılmışdır. Hal-hazırda  Azərbaycan Dövlət Teleradio Şirkətinin tərkibinə daxil olan «Respublika Radiosu»nun 3 proqramı və 1 səsyazma evi mövcuddur. «Respublika Radiosu» 105 FM dalğasında yayımlanır. «Respublika Radiosu»nda aşağıdakı redaksiyalar fəaliyyət göstərir: İctimai-siyasi proqramlar; Ədəbiyyat və incəsənət; Baş proqramlar direksiyası; Musiqi verilişləri; Təhsil və elmi-kütləvi proqramlar; Beynəlxalq Azərbaycan radiosu; Xalq  yaradıcılığı; Gənclik və idman; Uşaq  verilişləri; Xəbərlər; Rejissorlar  qrupu; Diktorlar şöbəsi; Rus dilində yayım şöbəsi.

          Milli Televiziya və Radio Şurasının 02 sentyabr 2011-ci il tarixli qərarı ilə «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır.

    “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.

    “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.

    Ünvan: AZ1011, M.Hüseyn 1, Bakı, Azərbaycan.

    Telefon: (+994 12) 4923807.

    Faks: (+99412) 4972020

    İnternet ünvanı: webmaster@aztv.

Yuxarı ^