• Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Qarabağ Azadlıq Təşkilatının nümayəndə heyəti ilə görüşüb.

    Bugün Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Qarabağ Azadlıq Təşkilatının (QAT) nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə televiziya kanallarında Qarabağ müharibəsi veterenlarının, əlillərinin və şəhid ailələrinin problemlərinə həsr olunmuş verilişlərin təşkil edilməsi, Qarabağ müharibəsi qəhrəmanlarının təbliği ilə bağlı filimlərin göstərilməsi, Qarabağ mövzusuna dair verilişlərin və analitik proqramların hazırlanması geniş müzakirə edilmişdir.

Yuxarı ^