• Milli Televiziya və Radio Şurasının sədri EPRA-nın 49-cu Toplantısında iştirak etmişdir.

      29 may – 1 iyun 2019-cu il tarixlərində Bosniya və Herzegovinanın paytaxtı Sarayevoda Yayım Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 49-cu Toplantısı keçirilmişdir.

    Toplantıda 47 Avropa dövlətindən 53 audiovizual yayım tənzimləyici təşkilatından, həmçinin, Avropa Komissiyasından, ATƏT Media Azadlığı üzrə Bürosundan, Avropa Şurası Media Bölümündən, Avropa Audiovizual Rəsədxanasından ümumən 160-a yaxın nümayəndə və ekspert iştirak etmişdir.

    Azərbaycan Respublikasını Toplantıda Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov  və Şura sədrinin köməkçisi Fazil Novruzov təmsil etmişlər.

    Toplantı çərçivəsində “Onlayn mühitdə azyaşlıların müdafiəsi”, “Beynəlxalq idman tədbirlərinin yayım hüquqları”  mövzularında plenar sessiyalar keçirilmişdir. Bundan başqa, EPRA-nın genişləndirilməsi və üzvlərinin sayının artırılması sahəsində İdarə Heyətinin strategiyası dinlənilmiş və qəbul olunmuşdur.

    30 may tarixində işçi qruplar çərçivəsində “Media savadlılığı”, “Mediada nifrət çıxışlarının qarşısının alınması”, “Avropa yayım məhsulları və əlahiddəlik” mövzuları üzrə ekspertlərin iştirakı ilə səmərəli müzakirələr aparılmışdır.

    Toplantının sonunda EPRA İdarə Heyətinin yeni tərkibi seçilmiş və təsdiqlənmişdir. EPRA-nın yubiley 50-ci Toplantısı 2019-cu ilin oktyabr ayında Yunanıstanın paytaxtı Afina şəhərində keçiriləcəkdir.

     

Yuxarı ^