• Yayım Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 49-cu Toplantısı öz işinə başlayıb.

       30 may 2019-cu il tarixdə Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda Yayım Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 49-cu Toplantısı öz işinə başlayıb.

    Toplantıda Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov  və Şura sədrinin köməkçisi Fazil Novruzov iştirak edirlər.

    Toplantı çərçivəsində “Onlayn mühitdə azyaşlıların müdafiəsi”, “Beynəlxalq idman tədbirlərinin yayım hüquqları”  mövzularında plenar sessiyaların keçirilməsi nəzərdə tutulmuşdur.

    Həmçinin, işçi qruplarda “Media maarifləndirilməsi”, “Mediada nifrət çıxışlarının qarşısının alınması”, “Avropa yayım məhsulları və əlahiddəlik” mövzularının da geniş müzakirəsi planlaşdırılır.

Yuxarı ^