• Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Bişkek Media Forumunda iştirak etmişdir.

      23-26 may 2019-cu il tarixlərində Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) təşkilatçılığı ilə Bişkek Media Forumu keçirilmişdir.

    Forumun işində Qırğız Respublikasının Prezidenti, ölkənin digər rəsmi şəxsləri, ŞƏT Katibliyinin rəhbərliyi, ŞƏT üzv dövlətlərinin, müşahidəçi və dialoq üzrə tərəfdaş statusunda olan ölkələrin media üzrə yüksək vəzifəli rəsmiləri, aparıcı media qurum rəhbərləri və tanınmış media nümayəndələri iştirak etmişlər. 

    Azərbaycan Respublikasını tədbirdə təmsil edən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov forumun “ŞƏT platformasının ölkələrin media resursları vasitəsilə dinamik inkişafı” mövzusunda keçirilən sessiyasında çıxış etmişdir. Forum çərçivəsində “ŞƏT-nın inkişafında KİV-in rolu” mövzusunda media tərəfdaşlığı məsələləri geniş müzakirə olunmuşdur.

Yuxarı ^