• Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Bişkek Media Forumunda iştirak edir.

    23 may 2019-cu il tarixdə Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) təşkilatçılığı ilə Bişkek Media Forumu öz işinə başlamışdır.

    Dörd gün davam edəcək Forumun işində Qırğız Respublikasının Prezidenti, ölkənin digər rəsmi şəxsləri, ŞƏT Katibliyinin rəhbərliyi, ŞƏT üzv dövlətlərinin, müşahidəçi və dialoq üzrə tərəfdaş statusunda olan ölkələrin media üzrə yüksək vəzifəli rəsmiləri, aparıcı media qurum rəhbərləri, tanınmış media xadimləri iştirak edəcəklər. 

    Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusunda təmsil olunan Azərbaycan Respublikasından tədbirdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov iştirak edir.

    Forum çərçivəsində “ŞƏT-nın inkişafında KİV-in rolu” mövzusunda media tərəfdaşlığı məsələləri müzakirə olunacaq.

Yuxarı ^