• Yeni ümumrespublika xəbər kanalının açılması ilə bağlı elan edilmiş müsabiqəyə sənəd qəbulu başa çatıb

    Milli  Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika  xəbər  kanalının  açılması   ilə  bağlı elan etdiyi müsabiqəyə  sənəd  qəbulunun  vaxtı bu gün başa çatıb.Martın 11-dən  aprelin 11-dək elan  edilmiş  müsabiqədə  iştirak  etmək üçün  3 iddiaçı -“Real  Təhlil  İnformasiya  Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli  Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli  Cəmiyyəti  tələb  olunan  sənədləri  Milli Tеlеviziya və Radiо Şurasına təqdim edib. Müsabiqənin  nəticələrinə  Şuranın  iclasında  baxılacaq.

Yuxarı ^