• Balakişiyev Bəxtiyar Qaraca oğlu

    Bəxtiyar Qaraca oğlu Balakişiyev 27 mart 1957-ci ildə Xocavənd rayonunun Əmirallar kəndində (Dağlıq Qarabağ) anadan olub. 

    1976-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1979-82-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fükültəsində təhsilini davam etdirib. 

    1982-89-cu illərdə Dövlətnəşrkomda redaktor vəzifəsində çalışıb. 1989-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, şöbə müdiri və Baş redaktor vəzifələrində çalışıb. 2006-ci ilin sentyabrında müəyyən səbəblərdən televiziyadakı işindən ayrılıb və  müxtəlif kanallarla (TRT, Xəzər və s.) əməkdaşlıq edib. 2010-2016-cı illərdə “Azərbaycan” qəzetində şöbə müdiri vəzifəsində çalışıb.

    2014-2015-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Qarabağ münaqişəsi ilə əlaqədar yaradılan İtki və Tələfatların Hesablanması üzrə İşçi Qrupunun üzvü kimi fəaliyyət göstərib. 2016-17-ci illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də  Mədəniyyət kanalının direktor müavini vəzifəsində işləyib. 2017-ci ilin sentyabrında müəyyən səbəblərdən televiziyadakı işindən ayrılaraq müstəqil fəaliyyətini davam etdirib. 2019-cu ilin fevralın 1-dən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də yeni yaradılan Müəllif Proqramları və Xüsusi layihələr Departamentinin rəhbəri təyin edilib.

    12 mart 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  6 il müddətinə MTRŞ-ə üzv təyin olunub.

    Azərbaycan Respublikası Prezidentinin təqaüdünə və Ali Media Mükafatına layiq görülüb. 2010-cu ildə “Tərəqqi” medalı ilə mükafatlandırılıb.

    Azərbaycan Yazıçılar və Jurnalistlər İttifaqlarının üzvüdür. “Meteor yağışları”, “Yerlə göy arasında”, “İstiqlal düşüncələri” kitablarının, çoxsaylı məqalələrin, bədii və sənədli filmlərin müəllifidir.

    İki övladı var.

     

    Iş telefonu:  (+99412) 493-52-68

Yuxarı ^