• Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası aşağıdakı vəzifənin tutulması üçün daxili müsahibə ELAN EDİR:

     

    • Sədrin köməkçisi

     

    Müsahibədə inzibati vəzifədə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasında qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.

    Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

    -  ərizə;

    -  əmək kitabçasının surəti;

    - ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə)

    - kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);

    - bir ədəd ağ rəngli fotoşəkil (4x6);

    - son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış.

    Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 08 aprel 2019-cu il tarixdən 22 aprel 2019-cu il tarixədək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09-00-dan 13-00-dək və 14-00-dan 18-00-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər.

    Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

    Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər.

    "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.

    Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

    Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının Hüquq və beynəlxalq əlaqələr şöbəsinə müraciət edilə bilər.

     

    Telefon: 0125983224

Yuxarı ^