• Milli Televiziya və Radio Şurasının İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının səlahiyyət müddəti başa çatmış olan aşağıdakı təşkilat qrupları üzrə üzvlüyə namizədlərin seçilməsi ilə bağlı E L A N I

    "İctimai televiziya və radio yayımı haqqında" Qanunun 17.4-cü maddəsinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlərin 6 (altı) illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar, yeni namizədlərin irəli sürülməsi ilə bağlı "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 7.4-cü,  "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.1-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının səlahiyyət müddəti başa çatmış olan aşağıdakı təşkilat qrupları üzrə üzvlüyə namizədlərin seçilməsi məqsədi ilə elan edir:

    - idman federasiyaları;

    - dini konfessiyalar;

    - yaradıcılıq təşkilatları.

    Göstərilən təşkilat qrupları üzrə namizədlərin seçilməsi 29 mart 2019-cu il tarixədək təmin edilməli, yekun protokollar və seçilmiş namizədlər barədə məlumatlar Milli Televiziya və Radio Şurasına   (Ünvan: Nizami küç,  145,    əlaqə: 012 598-36-59;

     012-598-32-24) təqdim edilməlidir.

Yuxarı ^