• 28 fevral 2019-cu il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

    İclasda yeni xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılmış və ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tеzlik rеsursuna 11 mart 2019-cu il tarixdən  11 aprel 2019-cu il tarixədək müsabiqə elan edilmişdir. İclasda həmçinin “MEDİAART” şirkətinin kabel şəbəkəsi yayımı üçün lisenziya alınmasına dair müraciətinə baxılmış və ona abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilmişdir.

     

Yuxarı ^