• “Caspian telecom” MMC (Ailə TV)

    “Caspian telecom MMC (Ailə TV)

    «Sky Max» Məhdud Məsuliyyətli Cəmiyyəti 2007-ci ildə yaradılmışdır. «Sky Max» Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi 06 mart 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır.

    Milli Televiziya və Radio Şurasının 17 aprel 2007-ci il tarixli qərarı ilə «Sky Max» MMC-yə kabel, efir-kabel televiziya yayımı fəaliyyəti ilə məşğul olmaq üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

    Milli Televiziya və Radio Şurasının 04 noyabr 2013-cü il tarixli qərarı ilə «Sky Max» MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il  uzadılmışdır.

    20 noyabr 2014-cü il tarixdən"Caspian telecom"  Məhdud Məsuliyyətli Cəmiyyəti  «Sky Max» Məhdud Məsuliyyətli Cəmiyyətinin  hüquqi varisi olmuşdur.

    Milli Televiziya və Radio Şurasının 15 yanvar 2015-cü il tarixli qərarı ilə «Sky Max» MMC-nin adına verilmiş kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) sənədi "Caspian telecom"  Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilmişdir.

     

    Ünvan: Bakı şəhəri, Dilarə Əliyeva küç. 251A. AZ1010
    Telefon: (012)920, (012) 490 23 33
    Faks: 496 82 03
    E-poçt: info@aile.tv

     

Yuxarı ^