• 30 noyabr 2018-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

    İclasda “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq Milli Televiziya və Radio Şurası tərəfindən görülməli olan işlər, teleradio yayımçılarının qarşısında duran vəzifələr müzakirə edilmişdir.

    Eyni zamanda “Telekom Invest” MMC-nin İP TV yayımı üçün lisenziya alınması barədə müraciətinə baxılmış və ona İP TV yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilmişdir.

Yuxarı ^