• 05 dekabr 2018-ci il tarixdə saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair konfrans keçiriləcək.

    05 dekabr 2018-ci il tarixdə, saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM, Dəyirmi zal, 6-cı mərtəbə, Ünvan: Bakı, Yasamal, Mətbuat, 23) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun «Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması» Layihəsi əsasında Milli Televiziya və Radio Şurası və Bakı Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasının mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair konfrans keçiriləcək.

    Konfransda Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun, deputatların, Bakı Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasının mütəxəssislərinin, dilçi alimlərin, teleradio yayımçılarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.  

    Kütləvi informasiya vasitələri konfransda iştirak etmək hüququna malikdirlər.

Yuxarı ^