• 2018-ci il 10-12 oktyabr tarixlərində Slovakiyanın Bratislava şəhərində Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 48-ci Toplantısı keçirilmişdir.

    Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Cəmilə Qəhrəmanova 2018-ci il 10-12 oktyabr tarixlərində Slovakiyanın Bratislava şəhərində keçirilən Yayım Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 48-ci Toplantısında iştirak etmişdir. Toplantıda Avropa dövlətlərinin 52 audiovizual yayım tənzimləyici təşkilatından, həmçinin, Avropa Komissiyasından, ATƏT Media Azadlığı üzrə Bürosundan, Avropa Şurası Media Bölümündən, Avropa Audiovizual Rəsədxanasından ümumilikdə 145 nümayəndə və ekspert iştirak etmişdir.

    Toplantıda “Rəqəmli dövrdə İctimai xidmət və ictimai maraq məzmunu - tənzimləyici qurumların rolu”,“Siyasi kommunikasiyalar və sosial medianın bu sahədə problemləri - tənzimləyici qurumların rolu nədədir?”  mövzularında plenar sessiyalar keçirilmişdir.

    Toplantı zamanı, həmçinin, işçi qrup çərçivəsində Avropa ekspertlərinin iştirakı ilə aşağıdakı 3 mövzu üzrə müzakirələr aparılmışdır: “Kommersiya kommunikasiları: tənzimləyici qurumların münasib rolları”; “Yayımda daha geniş müxtəliflik: tam mənzərə”; “AVMSD diqqət mərkəzində: Avropa Ittifaqına üzv olan və üzv olmayan ölkələrin Milli Tənzimləyici Qurumlarinın əməkdaşlığa cəlb edilməsi”.

    EPRA-nın növbəti 49-ci Toplantısının 2019-ci ilin may ayında Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilməsi qərara alınmışdır.

Yuxarı ^