• 14 sentyabr 2018-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

    İclasda  teleradio yayımçılarının yeni mövsümə hazırlıq vəziyyəti,  “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” 1 dekabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun və  kabel şəbəkəsi  (İP TV) yayımı zamanı qanunvericiliyin icra vəziyyəti müzakirə edilmişdir.  İclasda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” 1 dekabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 12.2, 14.1.4-cü maddələrinin tələblərinin teleradio yayımçıları tərəfindən icra edilmədiyi vurğulanmış, edilmiş xəbərdarlıqdan sonra  müvafiq tədbirlərin görülmədiyi təqdirdə  inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İclasda eyni zamanda kabel şəbəkəsi yayımçıları tərəfindən teleradio təşkilatlarının razılığı olmadan onların verilişlərindən (proqramlarından) istifadə edilməsinə və ya mülkiyyətçilərin razılığı olmadan proqramların (verilişlərin) yayımlanmasına, köçürülməsinə (tirajının çoxaldılmasına), satılmasına və ya kütləvi nümayişinə görə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı məsələ müzakirə edilmişdir.  

Yuxarı ^