• İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatmışdır.

    İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatmışdır. İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı – Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu sənədlərini təqdim etmişdir.

    "İctimai televiziya və radio yayımı haqqında"  Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilmişdir. İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə seçki 1 iyun 2018-ci il tarixdə saat 12:00-da İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası tərəfindən Milli Televiziya və Radio Şurasının konfrans zalında (Ünvan: Nizami 145) keçiriləcəkdir. 

     

    İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə

    namizədlərin siyahısı:

     

    Soyadı, adı, atasının adı

    Hal-hazırda işlədiyi müəssisə

    1

    Abbasov Rauf Müzəffər oğlu

    Gəncə regional fövqəladə hallar və

    mülki müdafiə şöbəsi, rəis müavini

    2

    Abbasov Səbuhi Mübariz oğlu

    7news.az saytı, baş redaktor

    3

    Mehrəliyeva Şəfəq Akif qızı

    ADA Universiteti, aparat rəhbəri

    4

    Mehtiyeva Rahilə İbrahim qızı

    Elit informasiya agentliyi, MMC

    baş direktor

    5

    Xəlilova Qərənfil Əli qızı

    Hal-hazırda işsizdir

    6

    Qarayev Sadıq Qurban oğlu

    AMEA Mərkəzi Nəbatat

    Bağı, elmi işçi

    7

    Qasımov Balakişi Ələkbər oğlu

    İctimai Televiziya və Radio Yayımları

    Şirkəti,baş direktorun müavini

     

Yuxarı ^