• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 05 mart 2018-ci il tarixli 04/1 saylı qərarı

    Azərbaycan Respublikası

    Milli Televiziya və Radio Şurası

     

    QƏRAR 04/1

     

     

    Bakı şəhəri                                                                                                      05 mart 2018-ci il

     

    Qərar 04/1:

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” 2002-ci il 25 iyun tarixli 345-IIQ nömrəli Azərbaycan Respublikası  Qanununun 29-cu, “Lisenziyalar və icazələr haqqında” 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası   Qanununun 22.1-ci maddəsini,  “Lisenziyalar və icazələr haqqında” 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası   Qanununun 2 nömrəli Əlavəsinin 5.10-cu bəndini, Azərbaycan Respublikası  Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6-cı bəndini rəhbər tutaraq  QƏRARA ALIR:

    1. “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə peyk yayımı üçün müddətsiz lisenziya  verilsin.

    2. “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətindən peyk yayımı üçün 500 (beş yüz) manat  məbləğində rüsum tutularaq dövlət büdcəsinə köçürülsün.

     

     

     

    Sədr                                                                                                      Nuşirəvan Məhərrəmov

     

     

Yuxarı ^