• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 02 mart 2018-ci il tarixli 03/1 saylı qərarı

    Azərbaycan Respublikası

    Milli Televiziya və Radio Şurası

    Qərar  03/1

     

    Bakı şəhəri                                                                                               02 mart 2018-ci il

     

    “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın təsdiq edilməsi barədə”Milli Televiziya və Radio Şurasının 2015-ci il 10 aprel tarixli 04/3 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

     

    Milli Televiziya və Radio Şurası “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın təsdiq edilməsi barədə” Milli Televiziya və Radio Şurasının 2015-ci il 10 aprel tarixli 04/3 nömrəli qərarının “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 15 dekabr tarixli 943-VQD saylı Qanununa  uyğunlaşdırılması məqsədilə QƏRARA ALIR:

    1. “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın təsdiq edilməsi barədə” Milli Televiziya və Radio Şurasının 2015-ci il 10 aprel tarixli 04/3 nömrəli qərarının adında və 1-ci hissəsində “Uşaqların və yetkinlik” sözləri “Yetkinlik” sözü ilə əvəz edilsin.

    2. Həmin qərarla təsdiq edilmiş “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın adında və mətnində  “Uşaqların və yetkinlik” sözləri “Yetkinlik” sözü ilə əvəz edilsin.

    3. Milli Televiziya və Radio Şurası Aparatı (T.Məmmədov) “Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ı bu dəyişikliklə birlikdə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.

     

     

    Sədr                                                                                               Nuşirəvan Məhərrəmov

     

     

Yuxarı ^