• 19 yanvar 2018-ci ildə Milli Televiziya və Radio Şurasında özəl ümumölkə teleradio yayımçılarının rəhbərlərinin iştirakı ilə görüş keçirilmişdir.

    19 yanvar 2018-ci ildə Milli Televiziya və Radio Şurasında özəl ümumölkə teleradio yayımçılarının ( “Azad Azərbaycan” televiziyası, “Lider” televiziyası, “Xəzər” televiziyası, “Space” televiziyası, “ARB” televiziyası ) rəhbərlərinin iştirakı ilə Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı görüş keçirilmişdir.

    Görüşdə Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrılması ölkə Prezidentinin teleradio yayımçılarına olan diqqət və qayğısının göstəricisi olduğu xüsusi vurğulanmış və bu vəsaitin özəl ümumölkə teleradio yayımçıları arasında bərabər şəkildə bölünməsi məsələsi ilə bağlı müzakirələr aparılmışdır.

Yuxarı ^