• 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqə başa çatmışdır.

    Milli Televiziya və Radio Şurası tərəfindən ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən  16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqə başa çatmışdır. Qeyd olunan müddətdə 3 iddiaçı – “BAKU ART LAB” MMC,  “Türkel TV” MMC, “MEDİA MASTER” MMC müsabiqəyə sənədlərini təqdim etmişdir. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun olaraq Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqənin elan  edildiyi gündən 60 gün müddətində müsabiqənin nəticələrinə baxılacaq və müvafiq qərar qəbul ediləcəkdir. 

Yuxarı ^