• 06 oktyabr 2017-ci il tarixdə saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat 23) “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçiriləcək.

    Konfransda dilçi alimlərin, millət vəkillərinin, teleradio yayımçılarının nümayəndələrinin iştirakı nəzərdə tutulur. Kütləvi informasiya vasitələri konfransda iştirak etmək hüququna malikdirlər.

    (Beynəlxalq Mətbuat Mərkəzi)

    “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu”

     

    Gündəlik:

    10:30-11:00.  İştirakçıların qeydiyyatı

    11:00-12:30. Açılış - Əli Həsənov – Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri 

    Nuşirəvan Məhərrəmov -Azərbaycan Respublikası Milli Televiziya və  Radio  Şurasının sədri                                                                                      

    Əflatun Amaşov —  Azərbaycan Respublikası Mətbuat Şurasının sədri, millət vəkili

    Nizami Cəfərov - Azərbaycanda Atatürk Mərkəzinin  müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü

    Muxtar İmanov –  Azərbaycan Respublikası İctimai Televiziya və  Radio Yayımları Şirkətinin  Yayım Şurasının sədri, Azərbaycan Milli   Elmlər  Akademiyasının Folklor İnstitutunun direktoru

    Möhsün Nağısoylu – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru

    12.30-13:00 Müzakirələr:

    Bütün iştirakçılar

    13.00.    Yekun

     

Yuxarı ^