• 26-27 avqust 2017-ci il tarixdə Türkiyə Respublikasının Van şəhərində “Beynəxalq Türkdilli dövlətlərin Yayım Tənzimləyici Qurumları”nın Konfransı keçirilmişdir.

    Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlətlərinin rəsmi nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov  iştirak etmişdir.  Konfransda Türkdilli dövlətlərin Yayım Tənzimləyici Qurumlarının qarşılıqlı əməkdaşlığı sahəsində geniş fikir mübadiləsi aparılmış və bunun əsasında Türkdilli dövlətlərin Yayım Tənzimləyici Qurumlarının Birliyinin yaradılması qərara alınmışdır. Növbəti görüşün 2018-ci ilin mayında Azərbaycanda keçirilməsi razılaşdırılmışdır.

Yuxarı ^